❤Quen❤

❤Quen❤ Hekayələr 4-02-2018, 11:20

Perpendikulyar Bölüm 5

Perpendikulyar Bölüm 5
Perpendikulyar Bölüm 5


Nifrət edirəm!! Ona nifrət edirəm!! Uşaq ki uşaq... mən deyəndə ki, oğlanlar gec ağıllanır ən yaxşısı özündən 5 – 6 yaş böyük biri ilə ünsiyyətdə olasandeyirdilər yox.. alın baxın. Bu uşaqlıq deyil nədir. Mənimlə məzələnir bu uşaq. Nəymiş, əzbərləməliyyəmmiş... ay bala mən bu kitabı yeyib bitirəndə sən hələ maşın nədir bilmirdin. Ağıllı çıxıbda guya. Bilmir ki, mən bu kitabı uşaqlıdan əzbərləyirəm. Sadəcə baş qoşmamaq xətrinə dinmədim yola verəm. Eyb etməz. Mən xanımlığımı nümayiş etdirib oyuna baş qoşmamaq üçün özümü razılşamış kimi göstərdim, amma sən indi görərsən.....adı da nəydi unutdum... hər kimsən... görəcəksən dayan sən.. onsuzda Kənanın yanında bibarı olmuşdum az qalsın. Adamla orda dalaşsaydım kənan Kərəmə deyəcəkdi. Ona görə orada dilimi udub mədəni davranmağa çalışdım, amma adam üstümə gəldikcə gəldi. Damarı tutdu artıq. Nəyi necə edəcəyimi bilirmiş kimi susmaq bilmədi. Süfrədəkiləri başına keçirtməmək üçün özümü zorla saxlayırdım. Hələ utanmadan məni restorana dəvət edib ağlınca cəza verir. Leylaya olan baxışlarını sezmişdim. Mən elə şeylərə lap diqqətciləm. Mümkün deyildi Leyla ona baxsın. Yazığım gəldi.. Leylanı görüşə çağırmaq üçün məni bəhanə gətirir axmaq. Elə cəsarətlisən özün çağır danış da. Düzdür Leylanın könlündəki Kənandır, amma olmasaydı belə mən icazə verməzdim. Leyladan hələ bezməmişəm.
- Yasəmən, başın xarabdır? Nə əlaqə? Bunu haradan çıxardın ki, məni bəyənib.
- Sən görməyə bilərsən mən gördüm
- Ay qız dəli dəli danışma.. Adam sadəcə səni tək qoymaq üçün kənara çəkdi. Ordan burdan danışdıq. Mən heç nə də görmədim.
- Ay sağol.. sən görmədin. Mən kənardan sizə baxırdım. Ondan fikrimi toparlayıb o axmağa cavabını verə bilmədim. Yoxsa mən o yol qaydalarına bir dəfə üzdən baxsam bəs edərdi.
- Yenə də məncə sən səhv edirsən. Həm elə şey olsa belə..
- Allah eləməsin. Bax ölərəm səni ona yaxın qoymaram
- Niyəymiş o? Kənan olmasaydı ürəyimdə mən düşünərdim bu haqda
- Aman aman... uzaq elə.. oradaca səninlə əlaqəni kəsərdim mən.
- Çox qəddarsan
- O çox axmaqdır.
- Neynəyəcəksən yaxşı?
- Görüşüb payını verəcəm heç nə.. özü də nə vermək... ehh o hələ bilmir kimə ilişib.
- Yəni onun oyununa cavab verəcəksən.
- Leyla, özün bilirsən belə şeylər mənlik deyil. Amma o damarıma elə basıb ki, mən bunu eləməsəm özümü bağışlamaram..
- Hə, bir endirimdə olan şeyləri almasan bir də Azada cavab verməsən ölərsən hə?
- Azad kimdir?
- Ay allah düşmənçilik etdiyinin adını bilmir
- Həəəə.. adı Azaddır?? Nə bilim adı batmış.. adı lazımdır mənə onun?
- Yaxşı neyniyəcəksən?
- O səfeh elə bilir ki, mən qanunları qaydaları bilmirəm.
- Mənə də o maraqlı gəldi ki. Sənin atan sənədə görə kömək etmədi özün aldın hər şeyi..yəni oxudun aldın
- Hə.. oxudum imtahanımı verdim. 1 il boyunca imtahan vemrmişəmee..yeyib bitirmişəm mən bunları..
- Və?
- Və… yeni mərcə girəcəm.
- ? anlamadım....necə yəni? Nə mərc...
- Görəcəksən.....
Ağlımda artıq planımı qurmuşdum. Bu söhbət burdaca bağlanacaqdı. Özün bunu istədin Azad bəy. Səhəri səbrsizliklə gözləyirdim ki, bu iş bitsin bununla da bu adamın kitabını bağlamış olum. Amma ağlımda sual qaldı ki, Kənan bizi və onları niyə dəvət etmişdi. Üstəgəl niyə dayanmadan məni tərif edirdi. Hər halda xasiyyətimə bələddir, kiminləsə tanış etməyə cəhd etməz. Amma niyə çağırmışdı. Yəni Leylanı tanış etmək istəyirdi ki....hmm... bunu öyrənməliydim..
- Alo, Kənan necəsən?
- Yaxşı sən?
- Yaxşılıq. Mənə bax dünənki nə məsələ idi.
- Nə kimi?
- Yəni bizi və onları niyə çağırmışdın?
- Elə belə dostlarımın əhatəsində yemək yemək istədim. Özün bilirsən təzə gəlmişəm. Darıxmışam hamınız üçün..
- Kənan..
- Hə..
- Nə məsələdir?
- Ay da xətasaneee...Nə əlaqə?
- Kənan!
- Offf Yasəmən. Həqiqətən heç nə yox idi..
- Hm... yaxşı.. amma deyim biləsən. Sənin dostun Azad vare...
- Hə, xoşun gəldi ondan?
- Yuhhh.. nə əlaqə..məni qarışdırma...onun Leyladan xoşu gəlir.
- NƏ?!
- Yavaş, nə qışqırırsan qulağımın dibində..
- Nə Leyla? Leylayla nə əlaqə?
- Necə yəni nə əlaqə? Xoşu gəlir də.. cavan qızdır. Niyə də yox..
- Yox..
- Niyə?
- Çünki... çünki Leyla onu istəməz.
- Yooooo mən bayaq danışdım.. olduqca xoşu gəlib... əksinə deyir ki, mən utanıram Kənana deməyə sən denən ki, bir də təşkil etsin görüşü...
- ....
- Alo....
- .....
- Kənan ordasan?
- Elə dedi?
- Kim dedi?
- Leyla elə dedi?
- Hə...nədir ki, sən də onunüçün çağırmamışdın bəyəm. Istəyirdin tanış edəsən oldu da..
- Yox mən onu səninlə tanış etmək üçün çağırmışdım.
- Nə?!
- Hə.. Leylaya denən onu belə bilməzdim..
Kənan telefonu bağlamışdı..
- Kimlə danışırdın.
- Kənanla..
- Kənanla? Nə deyirdi? Zəng vurmuşdu? Məni soruşdu?
- Hə, səndən incidi biləsən.
- Niyə?
- Elə düşünür ki, Azaddan xoşun gəlir onunla görüşmək istəyirsən?
- NƏ?! Necə....Necə yəni? Bu hardan çıxdı
- Mən ondan gerçəyi öyrənmək üçün dedim.
- Yasəmən...sən sən bitdin...... sən bitdin....
- Dur, ay qız.. dayan... saçımı burax.... ay qolum.. çimdikləmə dayan bir sənin xeyrinə elədim.
- Nəyi mənim xeyrimə eləmisən. Adam düşünür ki, Azaddan xoşum gəlir.
- Hə də... belə olmasaydı reaksiyasını bilməzdin.. amma indi bildin..
- Ay allah hələ bildin deyireeee az nəyi bildim?
- Qısqandığını.. qısqanmasa niyə elə desin. Özü də axmaq kənan məni tanış etmək üçün aparıbmış ora... əlimdə qalacaqee xəbəri yoxdur ki, gələcək baldızı üçün ər axtarır. Kərəm bilsə onu kəsər...
- Biləcək.. biləcək. Şəxsən özüm deyəcəm ona dayan sən. Atamın qızı deyiləm.
- Leyla... leyla dur ver telefonu bura.. dəli olmusan..
- Sən dəli olmusan. Bilə bilə ki, mən kənanı necə sevirəm gedib ona nə demisən. O bir daha üzümə baxmaz...
- Sakit ol.... elə deyil də.. mən bilirəm. Indi o qısqanclığından başa düşəcək ki, sənə qarşı boş deyil..
- Nə sakit ol nə sakit.. ver telefonu.. kənana zəng vurub deyəcəm hər şeyi.. Ver dedim
- Söz ver ki, Kərəmə eləməyəcəksən.
- Cəhənnəm olsun kərəm ver bura..
- Hiii necə dili çönür deyire...
- Sən Kənana deyəndə olur..
- Ay qız, bu gün səhər eyni evdə yaşaya bilərik. Ayıbdır indidən yola getməsək nə deyərlər gəlin bacılar dalaşır..
- Sayəndə gəlin bacı ola bilməyəcəm. Onsuzda adam mənə baxmırdı indi ümumiyyətlə baxmaz...
- Leyluşşşş yaxşı da... küsmə o saat. Vallah özüm düzəldəcəm söz verirəm. Bax indi zəng vurub danışacam deyəcəm ondan söz almaq üçün elə deyirəm.
- Lazım deyil.. küsdüm artıq. Qarışma sən.
- Lili qurban olum elə demə, ağlayaram indi.. dayan zəng vurub deyəcəm zarafat edirəm. Leyla elə qız deyil..
- Istəmirəm.. danışdırma məni..
- Ay daaa... mənə lazım idi bu.. burda da Azadın zibilinə mən düşdümeee...
- Sus.. səsini eşitmək istəmirəm
- Leyla..
- Sus..
Leyla incimişdi haqqı da var idi, amma mən bunu başqa cür yolla öyrənə bilməzdim. Həm əmin idim ki, Kənanın da ondan xoşu gəlir. Sadəcə kordur fərqinə varmır. Elə düşünür ki, Leyla hər zaman onun əlinin altındadır istədiyi vaxt görəcək, danışacaq. Amma indi o da itirmək qorxusunu yaşadı. Bu ona ayılmağa bəs edərdi, amma Leyla bunu anlamadı.. Yenə də zəng vurub deməliydim. Yoxsa ən yaxın dostumu itirəcəkdim. Telefon məşğul idi..kiminləsə danışırdı.
- Elyar, bu məsələ bağlandı..
- Nə oldu axı?
- Oğlum mən dostunu Yasmənlə tanış etmək üçün aparmışdım, Leylayla yox.
- Nə fərqi.. Sən demirdin ki, ikisi də dostumdur.
- Fərqi var ki, deyirəm...
- Əşi, yaxşı görək. Qızdırda.. mənə əsas Azad qızlardan birini bəyənməsi idi, o da bəyəndi..
- Bəyəndi?
- Hə..
- K...kk..kimi?
- Leylanı...
- Yox. Olmaz..
- Niyə axı?
- Olmaz o qədər.
- Mənə bax, yoxsa sən... sevgilindirsə denənə çəkinmə Azada deyərəm..
- Yox deyil..
- Bəs nə?
- Heç nə olmaz o qədər.
Kənan dəstəyi asıb əsəblə telefonu yerə atdı...xoşu gəlibmiş.. bu da mənim sakit bildiyim qız. Özünü elə saf göstərir amma ilk görüşdən camaatın oğlunu bəyənir.. kənan sənə nə? Subay qızdır. Neynəməlidir ki? Bəyənib bəyənib də..yox.. olmaz.. o elə biri deyil axı.. o... o...sakitdir... hə nə olsun?...o olsun ki, sakitdir deyə bəyənə bilməz?..ammaa.....axı... off dəli olacam mən. Öz özümə danışıram artıq.. ən yaxşısı gedib başımı dağıdım.. məncə sadəcə kiçik bir hissə qapıldım. Bilmirəm nə hissidir amma qapıldım. Kənan özünə heç nə etriaf etmədən bara gəldi. İçib başını qadınlarla qatmaq istəsə də əhvalı korlanmışdı deyə heç nə təsir etmirdi. Yaxınlaşan qızlara rədd cavabı verib elə hey içirdi.
Dünəndən Leyla mənimlə danışmırdı. Bu gün də küslüyü davam etdirə bilməzdim.
- Leyla...
- .....
- Leyla nə vaxta qədər küs qalacağıq?
- .....
- Leyluş yaxşıdaaa nə olar.. Vallah küsərəm.
- Küsərəm? Deyəsən o işi artıq mən görmüşəm.
- Amma
- Amması yoxdur. Məni qurban verdin.
- Ay axmaq, əksinəyee təkan verdim. Bax gör kənan zəng edib səni görüşə çağırıb sevdiyini deməsə adımı dəyişdirərərm.
- Eləməsə sənə Azad deyəcəm.
- Iyyy deməəə...onu xatırlatma..
- Azad... Azad.. Azad..
- Sus sus... Leyla...
- Ya da yox.. bu sənə az olar. Gedib onunla evlənərəm hər gün gözünü qabağında olar.
- Hiii, səni kəsərəm, doğrayaram..
- Özüm bilərəm. Həyat yoldaşı mənimdirsə özüm süçəcəm...
- Görməmişş.. .qurban olasan zəng gəldi cavabını verərdim sənin.....aaaa kərəm.. – Alo kərəm...
- Necəsən gözəl gözlüm..
- Yaxşı...
- Ağzını yum suyu axmasın... Leylanın bu sözünə qələmi ona fırladıb otaqdan çıxmışdım. Haqlıydı mən Kərəmlə danışanda dişlərim hamısı çöldə qalır ağzım yumulmur özüm də heç vaxt almadığım o nazlı qız halını alırdım. Təsəvvür edin mən saçımla oynayır, dayandığım yerdə fırlanırdırm.
- Ayırmadım işindən? Narahat etmədim?
- Sən məni heç vaxt narahat etmirsən.
- Can.. darıxmışam Yasi...
- Mən də...
- Gəl də bura..
- Sən niyə gəlmirsən.? Kənan da gəldi çıxdı..
- Işlərim çoxdur Yasi.. bilirsən. Yoxsaki çoxdan orda sənin yanında idim. Oturubdüz o həsrət qaldığım gözlərinin içinə baxırdım. Dərin dərin..
- Caann... Kərəm elə demə, ağlamaq tutur məni..
- Yoxx eləmə. O gözlərə ancaq gülüş yaraşır.. nə var nə yox?
- Heç salamatçılıqdır.
- Narahtlıq filan yoxdur..
Ağlımca Kərəməbir az Kənana az əvvəl verdiyim dərsi vermək istədim.
- yooo.. sadəcə evdəkilərlə bir az küsmüşəm.
- Aa niyə?
- Məni zorla evləndimrək istəyirdilər...
Köhnəlmiş variantdır bilirəm, amma neynim deyim bir başa evlənək artıq... olmaz axı...
- doğrudan? Sən neynədin?
- Dedim, evlənə bilmərəm.
- Ağıllım, yaxşı eləmisən. Yasi mən getməliyəm. Zəng vuraram yenə..
- ....
- Yasi ordasan...
- Hə..
- Nə oldu?
- Heç, hələlik işindən eləməyim səni..
- Yasi nə oldu axı...
- Sağol Kərəm görüşərik.. hələlik.
- Yaxşı. Sağol...
Elə bu.. yaxşı eləmişmişəm... kərəm, evlənək sonra toy tutacam sənə indi edə bilmirəm .. offf... əhvalsız halda otağa girdim. Leyla söz atsa da heç cavab verəcək halda deyildim. Bütüm əhvalım dəyişmişdi.
- nə oldu?
- Heç..
- Nə heç.?
- Heç nə...
- Aa “nə” sidə varmış o heçin.. başqa nəyi var..
- Heç nə olmayıb.
- Olmayıb da gəldiyinə görə.. de .. danış görüm nə dedi sifətin it sifəti aldı.
- Çox sağol da..
- Bu azdır hələ, davam edə bilərəm.
- Yox sağol bu günlük almıyım.
- Nə oldu axı...
- Kərəm,... məni qısqanmır.
- Daha yaxşı da.. sən bunu istəyirdin. Demirdin ki, qısqana adamlardan zəhlən gedir.
- Hə.. amma... nə bilim. Heş olmasa bir az da olsa....eehh nə isə..
- Gərək hər dəqiqə zəng edib harda olduğunu soruşub başını aparsın? Güvənir də..
- Güvən məsələsi deyil
- Bəs nədir?
- Heç nə boş ver..
- Yaxşı... Amma ağlına salma. O sənə güvənir niyə qısqansın ki..ondansa ağlını birazdan baş tutacaq görüşə yor
- Görüş?
- Hə...Azadla.
- Ay daaaa o da var hə..
- Hə o da var.. yaxşı.. gedək onda. Dərsini verim bitsin bu iş..
- Mən getmirəm.
- Necə yəni getmirəm
- Getmirəm də..məcburam?
- Hə, məcbursan. Rəfiqəm deyilsən.
- Getmirəm. Məni heç bir qüvvə ora zorla apara bilməz..
- Mən zorla aparmıram ki, öz xoşluğunla gələcəksən..
- Ha ha çox gülməli idi. Qarnım ağrdı gülməkdən.
- Yoo tam ciddiyəm...məni o kobudla tək qoyacaqsan. Qorxmursan bir şey edər?
- Əslində qorxuram, amma sənə bir şey edər deyə yox sən o yazığa bir şey edərsən deyə qorxuram.
- Ay ay çox güldüm..
- Getmirəm. Sənə yaxşı yol.. layihəni tamamlamalıyam..
- Leyluşş
- Yox.
- Lili...
- Yoxxxxx
- Qəddar..
- Salamat qal..
Leylasız danışdığımız restorana getmişdim. Çatdığımda Azad orada idi artıq. Mən yaxınlaşanda gözü kimisə axtarırdı.
- axtarma gəlməyib.
- Sənə də salam balaca xanım.
- Mənə balaca demə bir, ikincisi salam verdim fikrin gedib ayrı yerə.
- Sən nə bilirsən kimi axtarıram?
- Mən dedim axı balaca deyiləm.
- Nə isə.. söz güləşdirmə. Keç içəri.
- əmrlə danışma!
- Keç içəri!
- Dedim ki, əmrlə danışma!
- Mən də dedim ki, KEÇ İÇƏRİ!
Səsimi qaldırmaq istəyirdim ki, ətrafdakıların baxışlarına özümü güclə toparladım. Sakit ol Yasəmən sən bir xanımsan baş qoşma bu uşağa... sən bir incə, anlayışlı, alicənab insansan bu sadəcə kobuddur vəssalam sakit ol.
- Nə deyinirsən orda? Öyrəndiklərini təkraralayırsan?
- .....
- Nədir nə elə baxırsan?
- Bir şərtim var..
- Başqa arzun?
- Yox elə bir şərtdir..
- Mənimlə şərtlə danışma. Burda şərti mən qoyuram.. unutma kənanın nömrəsi... məndədir..
- Leylanın da mən də..
- Anlamadım.
- Şərtimi deyirəm üstünə Leylanın nömrəsini verirəm.
- Rəfiqənin nömrəsini tanımadığı adama verirsən.
- Hə.
- Sən necə dostsan?
- yaxşı dostam. Sən kobud olsan da yaxşı adamsan da.. yaxşılıq edirəm.
- Ağlayacam bu saat..
- Sən allah elə şey eləmə..
- Yox eee qoy ağlayım. Səni bu incəlikdə görmək.. nə bilim yəqin hər adama qismət olmayıb.
- Hə bəxtəvərsən...
Bir birimzlə lağ lağı tonda danışırdıq. Söz altında da qalmırdı. Təbii ki, Leylanın nömrəsini ona verməyəcəkdim.. ona verəcəyim nömrə bizim qonuşluqda mağazada işləyən Kübra xanımın nömrəsidir. Ailə qurmayıb, haradasa 40 yaşı olar. Qadın hər addım başı məni çəkib ətrafımda ona uyğun birinin olub olmadığını soruşur. Bu da uyğun oğlan. Kübra xala, sənə ər tapdım... gülüşümü zorla yığırdım.
- yaxşı de görüm nədir şərtin.
- Hmm.. demək Leylanı nömrəsi maraqlıymış...
- Bilirsən ki, iki dəqiqəyə o nömrəni sənsiz taparam
- Hə bilirəm, bəs sən bilirsən ki, Leylanın sənə yox deyib səni silməsi sənə nifrət etməsi üçün mənim kimi dostu var?
- .....
- Necə dedim?
- Gedər, pis cavab deyil..
- Və?
- Şərtini de...
- Afərin.. demək belə. Mən də sənə bu kitabdan sual verəcəm. Əgər bilməsən....
- Nə??
- 10 günlük texpasport və sənədin mən də qalır.
- NƏ?!
- Yavaş qışqırma.
- Başın xarabdır sənin? Yox cümləmdə sual işarəsini yığışdırıram... Başın xarabdır sənin !
- Ehtiyyatlı danış.. mədəni ol...
- Yox bir...
- Nədir qorxursan?
- Səndən? Heç güləcəyim yox idi. Maraqlıdır bu başdan uduzacağın mərcə niyə girirsən? Amma mən bəyəndim. ən azından 10 gün yollar təhlükəsiz olar.
- anlamadım
- Anlayacaq çətin bir şey yoxdur. sən də cavab verməsən öz sənədlərini mənə verirsən.
- Razılaşdıq.
- Demək bu qədər arxayınsan?
- Başlayaq?
- Başlayaq...


Yazar: Elif Duygu ve Lili Sh_Va

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
102 99 94 89 104 68

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.