reklam
Yeni müsabiqə - qalibə pul veriləcək Yeni müsabiqə - qalibə pul veriləcək http://loading.az/uploads/posts/2018-01/thumbs/1516800593_1.jpg

Yeni müsabiqə - qalibə pul veriləcək

Yeni müsabiqə - qalibə pul veriləcək
Yeni müsabiqə - qalibə pul veriləcək


Azərbaycan Respublikasının Kinematoqrafiyaçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş “Azərbaycan kinosu : dünən, bu gün, sabah” adlı məqalə və resenziyaların müsabiqəsini elan edib.

İttifaqın mətbuat xidmətindən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir gətirməkdir. Müsabiqə, həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub.

Müsabiqəyə Azərbaycan kinosuna həsr olunmuş məqalə və resenziyalar qəbul olunur. Yaşı 30-a qədər olan bütün şəxslər müsabiqəyə məqalə və resenziyalar təqdim edə bilər. Həmçinin müsabiqəyə təqdim olunan məqalə və resenziyaların hüquqları müəllifə məxsus olmalı, mətbuatda dərc olunmamalıdır. Məqalə və resenziyalar müsabiqəyə 10 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda şrift-12 “Courier New”də təqdim olunmalıdır. Çap olunmuş məqalə və resenziyalarda müəllifin ad və soyadı qeyd olunmamalıdır.

Müəllif məqalə və resenziya ilə birgə tərcümeyi-halını və şəxsiyyət vəsiqəsinin surətini də təqdim etməlidir. Hər bir müəllif 3 (üç) məqalə və resenziyadan artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan məqalə və resenziyalar geri qaytarılmır. Məqalə və resenziyalar mayın 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına göndərilməlidir.

Müsabiqədə birinci yer tutan qalibə 1000, ikinci yerin sahibinə 750, üçüncü yerin sahibinə isə 500 manat pul mükafatı veriləcək.
Mənbə: axsam.az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 122 166 157 138 133

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.