reklam
Öləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi - FOTO Öləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi - FOTO http://loading.az/uploads/posts/2018-06/1528042806_2.jpg
Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 3-06-2018, 20:21

Öləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi - FOTO

Öləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi - FOTO
Öləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi - FOTO

Avstraliyanın ən zəngin şəxslərindən olan, "müsəlman milyrader" kimi tanınan və 29 mayda xərçəng xəstəliyindən vəfat edən Əli Banat haqqında maraqlı faktlar ortaya çıxıb.

Qafqazinfo.az xəbər verir ki, 36 yaşlı milyarder 2015-ci ildə sağalmaz xəstəliyə düçar olduğunu və cəmi 7 ay ömrünün qaldığını öyrənəndən sonra bütün srəvətini yoxsullara xərcləməyə başlayıb.

"Bu xəstəlik mənə Allah tərəfindən verilmiş hədiyyədir. Şükürlər olsun ki, Allah mənə dəyişməyim üçün fürsət verdi. Mən də həyatımı insanlara xidmətə həsr etməyə qərar verdim. Çünki bu qədər sərvət deyil, əməllərim məni xilas edə bilər", - deyə iş adamı 2015-ci ildəki açıqlamasında bildirmişdi.

7 ay deyil, 3 il bu xəstəliklə yaşayan Əli Banat bu müddət ərzində Afrikanın ən kasıb ölkələrindən olan Toqoda Dünyanın Hər Yerindəki Müsəlmanlar (MATW) adlı xeyriyyə cəmiyyəti qurub. Həmçinin, məktəb və məscid inşa etdirib.

Bundan başqa, xəstəxana, valideyni olmayan 600 uşaq üçün xüsusi məktəb və 200 dul qadının ailələri ilə yaşaması üçün kənd inşa etdirmək planlaşdırılmışdı. Bu işləri bundan sonra onun qurduğu cəmiyyət davam etdirəcək.





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
203 212 191 191 188 242

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.