reklam
"Motorola" "Samsung"u texnologiya oğurluğu ilə ittiham edir "Motorola" "Samsung"u texnologiya oğurluğu ilə ittiham edir http://loading.az/uploads/posts/2016-08/1471671869_1471655814_galaxy-s7-vs-iphone-6s-5.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Texnologiya 20-08-2016, 10:00

"Motorola" "Samsung"u texnologiya oğurluğu ilə ittiham edir

"Motorola" "Samsung"u texnologiya oğurluğu ilə ittiham edir
"Motorola" "Samsung"u texnologiya oğurluğu ilə ittiham edir

"Motorola” şirkəti "Samsung”u texnologiya oğurluğu barəsində ittiham edib.

Söhbət Always-On Display funksiyasından gedir. Bu funksiyanın məğzi ondadır ki, "Samsung” smartfonlarının OLED ekranları cihaz blokda olsa belə zamanı, tarixi, təqvimi, batareyanın enerji vaxtını və s. məlumatı əks etdirir."Motorola”nın ABŞ şöbəsi sözügedən funksiyanın "Samsung” şirkəti tərəfindən oğurlandığını bildirib. Bu barədə şirkət təmsilçiləri öz rəsmi "Twitter" hesabında qeyd ediblər. "Maraqlı xüsusiyyətləri rəqib smartfondan oğurlamaq hansı qalaktikada normaldır?” – deyə Moto US öz "Twitter” hesabında bildirib.



Həmin ismarıc da "Samsung”un adı çəkilməsə də Galaxy sözü işlədilib. Qeyd edək ki, "Samsung” bu funksiyanı öz Galaxy S7 və Galaxy Note 7 flaqman smartfonlarında istifadə edir. "Motorola” əmindir ki, bu texnologiyanı məhz o fikirləşib və hələ "Lenovo” şirkətinin tərkibində olamamışdan öncə reallaşdırıb. "Motorola” 2013-cü ildə bu texnologiyanın olduğu ilk smartfonu təqdim etsə də əslində onu yaratmış ilk şirkət deyil. Buna bənzər funksiyaya 5 il bundan öncə Nokia N9 və MeeGo mobil telefonları sahib idilər. Bu texnologiya həmçinin OLED ekranlı Symbian telefonlardada reallaşdırılmışdır. Daha sonra isə Lumia seriyasına inteqrasiya olunmuşdur. Lakin Android smartfon bazarında sözügedən funksiyanı ilk reallaşdıran "Motorola” idi. Çətin ki, bu ittihamlarla "Motorola” "Samsung”u məhkəmə prosesinə cəlb etsin. Bəlkədə "Motorola”nın bu addımı atmasının əsas səbəbi özünə diqqəti çəkmək olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
345 279 313 358 415 368

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.