reklam
Ən ucuz mobil internet olan ölkələrin reytinqi açıqlanıb Ən ucuz mobil internet olan ölkələrin reytinqi açıqlanıb http://loading.az/uploads/posts/2016-08/1471335229_net.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Texnologiya 16-08-2016, 15:00

Ən ucuz mobil internet olan ölkələrin reytinqi açıqlanıb

Ən ucuz mobil internet olan ölkələrin reytinqi açıqlanıb
Ən ucuz mobil internet olan ölkələrin reytinqi açıqlanıb

Ən ucuz mobil internet olan ölkələrin reytinqində Polşa, İran və Rusiya liderlik edir.

Bbu barədə “Promokodabra” araşdırma xidmətinin tədqiqatlarının nəticələrindən məlum olub.

Şirkət turistlər arasında ən populyar 50 ölkənin siyahısını hazırlayıb. Tədqiqat zamanı öncədən 3 Qb internet trafiki üçün ödənilmiş SİM-kartın qiyməti nəzərə alınıb. Rubla çevirdikdə ən kiçik rəqəm Polşada alınıb. Bu ölkədə 3 QB internet trafiki 171 rubla (4,13 manata) başa gəlir. Müqayisə üçün deyək ki, Fransada bu rəqəm 9 dəfə çoxdur.

İran və Rusiya isə olduqca ucuz internet trafiki ilə ilk üçlüyə daxil olub. İranda bu rəqəm 282 rubl (6,82 manat), Rusiyada isə 350 rubla bərabərdir (8,47 manat).

O qədər də baha olmayan internet trafiki olan ölkələrin siyahısında Avstriya, Braziliya, Mozambik, Hindistan, Argentina, Misir və İndoneziya da yer alıb. Hər zaman şəbəkədə olmaq istəyən turistlər üçün ən bahalı ölkə isə Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkədə 3 QB trafik 2 740 rubl və ya 66,30 manatdır.

Ümumilikdə ən ucuz qiymətlərlə Asiya və Afrika ölkələri fərqlənir. Şimali Amerika ölkələri isə göstəricilərinə görə Birləşmiş Ərəb Əmirliklərinə daha yaxındır. ABŞ və Kanadada tarif panı 2 013 rubl (48,71 manat) və 2 036 rubl (49,27 manat) təşkil edir.

Çin və Yaponiyada da mobil internet bahadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
287 289 264 266 311 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.