reklam
Dəniz qumu üzərində gəzmək də faydalıdır Dəniz qumu üzərində gəzmək də faydalıdır http://loading.az/uploads/posts/2018-06/1528821639_cimerlik_0241.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 13-06-2018, 20:39

Dəniz qumu üzərində gəzmək də faydalıdır

Dəniz qumu üzərində gəzmək də faydalıdır
Dəniz qumu üzərində gəzmək də faydalıdır


Yay fəslinin ən gözəl istirahət məkanlarından olan çimərlik mövsümü başlamaq ərəfəsindədir. Lakin çimərlik istirahət məkanı olmaqla yanaşı, həm də sağlamlıq və şəfa mənbəyidir.

Bir sıra xəstəliklərin sağalmasında dəniz qumunun müalicəvi əhəmiyyəti var.

Mütəxəssislərin dediyinə görə, çimərlikdəki qum dənizdə çimmək və günəş vannası qəbul etmək qədər insan orqanizmi üçün faydalıdır. Dəniz qumu təbii pilinq təsiri göstərir. Hətta keçmişdə şahzadələr də təbii pilinq kimi yalnız dəniz qumundan istifadə edirdilər. Qum qulunc xəstəliyinə və miqrenə də müsbət təsir göstərir. İslanmış dəniz qumunda gəzmək qan damarlarının genişlənməsinə kömək edir, arterial təzyiqi tənzimləyir. Revmatizmdən əziyyət çəkənlərə də qum üzərində gəzmək məsləhət görülür. Üzü dəniz qumu ilə yumaq onun daha təmiz və canlı görünməsinə kömək edir.

Lakin mütəxəssislər dəniz qumunun faydası ilə yanaşı, zərərli tərəflərinin olduğunu da bildirirlər. Məsələn, qumda çox qalmaq iflic olma riski yaradır. Bundan əlavə təzyiq, şəkər və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin də uzun müddət qumda basdırılmış vəziyyətdə qalması məsləhət görülmür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
317 270 254 258 256 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.