reklam
Artıq zülal erkən ölümə səbəb olur Artıq zülal erkən ölümə səbəb olur http://loading.az/uploads/posts/2018-05/thumbs/1527751711_chestpain.jpg
Nani_Fit

Nani_Fit Sağlamlıq 31-05-2018, 18:30

Artıq zülal erkən ölümə səbəb olur

Artıq zülal erkən ölümə səbəb olur


Qida rasionunda normadan artıq zülal kişilərdə ürək çatışmazlığına gətirib çıxarır.

Xəbər verilir ki, bununla bağlı fin tədqiqatçıların elmi işi “Circulation: Heart Failure” jurnalında dərc olunub.

Tədqiqatda 42-60 yaşlarında olan 2500 kişi iştirak edib. Bir neçə gün ərzində onların gündəlik olaraq hansı ərzaq məhsulları ilə qidalandığı ilə bağlı məlumat toplanıb. Ardınca tədqiqatçılar könüllüləri gündəlik zülal qəbulu miqdarından (78 qramdan 109 qrama qədər) asılı olaraq dörd qrupa bölüb.

Alimlər onları 22 il ərzində müşahidə edib. Könüllülərdən 330 nəfərə ürək çatışmazlığı diaqnozu qoyulub.

Məlum olub ki, bu illər ərzində daha çox zülallı qidalar qəbul edən kişilərdə bu xəstəliyə tutulma riski 33 faiz çox olub.

Bundan başqa digərləri ilə müqayisədə zəngin zülal mənbəyi kimi qırmızı ət və süd məhsulları ilə mütəmadi olaraq qidalanan insanlarda ürəklə bağlı problemlər 1,5 dəfə çox rast gəlinib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
233 240 251 212 240 275

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.