reklam
Zəngin olmağın sirləri Zəngin olmağın sirləri http://loading.az/uploads/posts/2018-02/1518159042_6debaf.jpg
_official_

_official_ Məsləhətlər 9-02-2018, 11:18

Zəngin olmağın sirləri

Zəngin olmağın sirləri
Zəngin olmağın sirləri

Sıfırdan başlayaraq zəngin olan insanların demək olar ki, hamısının oxşar xarakterlərə sahib olmaları təsadüf deyil. Öz səyləri ilə sərvət qazanan 177 nəfərin özəlliklərini 5 il ərzində araşdıran Tomas C.Corleyə görə insanın gündəlik vərdişləri onun işlərindəki uğuruna təsir edir.

Zənginlər hər gün ən azı 15 dəqiqə müxtəlif mövzular barədə düşünürlər. Zəngin üçün uğurun ilk açarlarından biri düşünməkdir. Məsləhətçiləri təcrübələrini paylaşaraq zənginlərin daha çox pul qazanmasına və həyatlarını proqramlaşdırmalarına kömək edir.
Zənginlər tənqid edilməkdən qorxmurlar. Yeni şeylər öyrənmək üçün başqalarının fikirlərinə dəyər verməli olduqlarının vacibliyinə inanırlar. Onlar düşündüyümüz qədər cəsarətli deyillər. Zənginlərin də qorxduqları məqamlar var. Lakin nə qədər təmkinli davransalar da, risk olmadan sərvət qazana bilməyəcəklərini də bilirlər. Riskləri hesablayıb, səhvlərin faizini ən aza endirməyə çalışırlar.
Varlılar başqalarının uğur qazanmasına kömək edərkən özlərinin daha böyük uğur qazanacaqlarına inanırlar. Əsasən də, özləri kimi bacarıqlı insanlara dəstək verirlər. Kim nə deyirsə desin, heç vaxt hədəflərindən vaz keçmirlər və nəticə əldə etmək üçün çox çalışırlar. Güclü istəyin olması onların üçün əyləncə mənbəyidir. İstəkləri uğrunda səhv etməkdən belə çəkinmirlər.
Daim oxuyurlar. Zənginlər kitab və ya qəzet oxumağı sevirlər. Gündə ən azı yarım saat bu məşğuliyyətlərinə sərf edir və daha çox bilgi əldə etməyə çalışırlar. Əsasən də, işlərində uğur qazanmış insanların bioqrafiyalarını, şəxsi inkişaf və tarix kitabları sevirlər.




Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
224 258 250 220 251 243

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.