reklam
Təzə balığı necə seçək? Təzə balığı necə seçək? http://loading.az/uploads/posts/2018-01/thumbs/1517311668_2b88fe.jpg
_official_

_official_ Maraqlı 30-01-2018, 15:33

Təzə balığı necə seçək?

Təzə balığı necə seçək?


Balıq və balıq məhsullarının insan orqanizmi üçün nə qədər faydalı olduğu hamıya məlumdur. Mütəxəssislərin qənaətinə görə, hər bir orta yaşlı insan il ərzində 15-20 kiloqram balıqdan istifadə etməlidir. Sözsüz ki, balığın faydalarından lazımınca yararlanmaq üçün ilk növbədə onun keyfiyyətli və təzə olmasına diqqət yetirmək lazımdır. Bəs balıq alarkən onun təzə olmasını necə müəyyənləşdirmək olar?

Hazırda balıq satışına çox yerdə rast gəlmək olar. Yol qırağından tutmuş ən iri marketlərə qədər. Könlünə balıq düşənlər ilk növbədə onu nəzərə almalıdırlar ki, istənilən qida məhsulunu sanitar-gigiyenik normalara cavab verən ticarət obyektlərindən almaq lazımdır. Yol kənarında satılan balıqlardan təzəlik və keyfiyyət ummayın. Düzdür, inandırmağa çalışacaqlar. Əgər inanmaq istəsəniz, tez-tez rast gəlinən balıq zəhərlənməsi hallarını gözünüzün önünə gətirin.

Balıq alarkən birinci onun iyinə fikir verin. Balığın özünəməxsus spesifik iyi olmalıdır.

Seçdiyiniz balığın gözünə diqqət yetirin. Gözün içi aydın və şəffafdırsa, deməli, təzə balıqdır. Əgər bulanıqdırsa, bu, balığın köhnə olmasına işarədir.

Balığın qəlsəmələrinə nəzər salın. Təzə balıqda qəlsəmələrin rəngi qırmızı və ya tünd qırmızı olur. Köhnə balıqda isə qəlsəmələr tünd boz rəngə çalır.

Balığın böyründən barmağınızla basın. Əgər basılmış hissə 3-4 saniyə ərzində əvvəlki vəziyyətinə qayıtmırsa, demək, balıq köhnədir.

Balığın üz səthi şəffaf və selikli, pulcuqları hamar olmalıdır. Əgər o şəffaflığını itiribsə, bu, balığın köhnə olmasının əlamətidir.

Balığın təzə olmasını yoxlamaq üçün daha bir üsul. Balığı su ilə dolu bir qaba atın. Əgər balıq batırsa, demək, təzədir.

Hazırda ilin “R” hərfi olan aylarıdır. Demək, balıq yeməyin ən yaxşı mövsümüdür. Yuxarıdakı məsləhətləri nəzərə alıb qida rasionunuzu balıqla zəngin edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
305 276 298 261 265 248

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.