reklam
Maraqlı Sözlər 2016 Maraqlı Sözlər 2016 https://i.hizliresim.com/nLq6G0.jpg

Maraqlı Sözlər 2016

Maraqlı Sözlər 2016

İnsan vardır ki söylədiyi sözlərlə böyüyər, söz vardır ki, söyləyən insan üzündən böyük görünər.

Məsuliyyət, tək ortası görülə bilən bir kəndirə bənzər, iki ucu ətrafda yoxdur.

Hər yeni fikir, başlanğıcda digərləri arasında azlıq təşkil edər.

Soyulduğu halda gülən adam oğrudan bir şey oğurlamış deməkdir, boş yerə kədərlənən isə öz özünü soyar.

Şəxsiyyət, öz düşmənini öz yuvasında saxlayar

Hər kəsin eyni şeyi düşündüyü bir mühitdə heç kim heç bir şey düşünmür deməkdir.

Dərd bir olsaydi aglamaq asand idi...

Elə xoruzlar vardır ki, günəşin onlar ötdüyü üçün doğulduğunu düşünərlər

Keflər deyil həyatı qiymətli edən. Həyatdır, kef almağı qiymətli edən.

İnsanları razı sala bilməzsənsə ağıllarını qarışdır.

Yuxularınızın reallaşmasını istəyirsinizsə əvvəlcə yuxudan oyanmanız lazımdır

Dərdin nə qədər oturmuş, görünüşün nə qədər bədbəxt, səhvin nə qədər böyük olduğu heç fərq etməz. Sevgini kafi dərəcədə anlamaq hamısını yox edəcək.

Dənizin dibində incilərlə daşlar qarışıq tapılırlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar.

Əhəmiyyətli olan insanlar, digər hər kəsin əhəmiyyətli olduğunun da ən çox fərqində olanlardır.

Qadınlar kişilərin güclü yanlarına heyran olarlar, zəif yanlarını sevərlər.

Dövlət faydalı olani etmək üçün vardır, fərd isə gözəl olanı.

İnsanların əlindən xəyalları alınacaq olsa, başqa nə zövqləri qalar?

Müvəffəqiyyət ruh halınızla əlaqəlidir. Müvəffəqiyyətli olmaq istəyirsinizsə, özünüzü müvəffəqiyyətli biri olaraq görməyə başlayın.

Özünüzü təmiz və parlaq tutsanız yaxşı edərsiniz; çünki arxasına keçib dünyanı görməniz lazım olan pəncərə sizsiniz.

Hər ruh, yenidən tənzimlemə ehtiyacı duyan bir melodiyadır.

Fəlakətlər qarşısında dayanıqlı dayanmaq və qismət deyərək əyilməmək, qəhrəmanlıqların ən böyüyüdür.

Böyük yaxşılıqları tanımaq üçün, kiçik pislikləri tanımamız lazımdır.

Xoşbəxt adam müəyyən şərtlərə deyil, müəyyən yanaşmalara sahib adamdır.

Gerçəyə kömək edin. Gerçək sizə kömək etməkdə gecikməyəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
336 349 321 328 316 318

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.