reklam
Qəhvəli piroq Qəhvəli piroq http://loading.az/uploads/posts/2017-08/thumbs/1503387287_havuclu-kek.jpg
Kukulka

Kukulka Mətbəx 22-08-2017, 16:24

Qəhvəli piroq

Qəhvəli piroq


Tərkibi:

0,5 st. qatıq
3 ç.q. qəhvə (tezəriyən)
2 yumurta
1 st. şəkər tozu
100 q yumşaq yağ
1 st. un
1 qabartma tozu
Qəhvəli piroq
Krem:
4 x.q. şəkər tozu
4 x.q. xama
4 ç.q. qəhvə

Hazırlanması:

Yarım stəkan qatıqda 3 ç.q. qəhvəni əridin. 2 yumurta ilə 1 st. şəkər tozunu çalın. Qəhvəli qatığı, 100 q yumşaldılmış yağ, 1 st. un, qabartma tozunu əlavə edib qarışdırın. Formanı yağlayın, perqament döşəyin. Xəmiri içinə töküb 180 dərəcədə 30-40 dəqiqə bişirin. Bişib-bişmədiyini taxta çöplə yoxlayın. Krem üçün göstərilən ərzağı çalın. Onun miqdarını artırıb-azalda da bilərsiniz.

Bu zaman şəkər tozu ilə xamanı xörək, qəhvəni çay qaşığı ilə götürün, nisbət isə eynidir, yəni hərəsindən eyni sayda qaşıq. Kremi piroqun arasını kəsib ortasına, yaxud da sadəcə üzərinə çəkə bilərsiniz.

Nuş olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
250 241 263 253 286 236

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.