reklam
Xəzan günəşi (1-ci bölüm) Xəzan günəşi (1-ci bölüm) https://imgs.su/users/73432/1503222951.jpg
Ganbarofh

Ganbarofh Hekayələr 20-08-2017, 13:56

Xəzan günəşi (1-ci bölüm)

Xəzan günəşi (1-ci bölüm)
 Xəzan günəşi (1-ci bölüm)
Xəzan günəşi (1-ci bölüm)

Uşaqlığım,
Gəncliyim,
Ahıllığım eynimi?
Yox,hər biri başqadır,bir-birinə yad kimi.
Gələn qovur gedəni.
İnkar edir mən,məni...
Ömrün hər pilləsində başqalaşır təbimiz.
Dünyada məqsədimiz,dünyadan tələbimiz.
Vaxt məni pərvanətək başına dolandırır.
Dünən qanmadığımı bu gün mənə qandırır.
Kim döşünə döyər ki,
Mən vahidəm,mən birəm!
Bircə bunu bilirəm,mən güclüyəm,qadirəm.
Mən gücsüzəm,acizəm təkcə vaxtın əlində
Ömrün o sahilinə əlim yetə bilməyir.
Ömrün bu sahilində
Hanı gözümün nuru?
Hanı qəlbimin qoru?
Kimdir udan,uduzan zaman ilə arzunun əbədi yarışında!
Saçımın ağlığında,alnımın qırışında
Zaman necə at çapır yüyəni öz əlində.
Oğulsansa,tap görək,kimdir atın belində!
Mən öz azadlığıma tanrı dedim,haqq dedim.
Bir hökmə bir fərmana mən başımı əymədim.
Amma vaxtın dalınca
Ömrüm boyu qul kimi necə sürünmüşəm mən.
Qolumdakı saatın quluna dönmüşəm mən.


Müjgan əlindəki şeir kitabından oxudu bu şeiri.Bu misralar onu bütünlüklə ağuşuna almış,düşündürdükcə düşündürürdü.O bir daha pıçıldadı”Ömrüm boyu qul kimi necə sürünmüşəm mən.Qolumdakı saatın quluna dönmüşəm mən.”O istər istəməz divardakı saata baxdı.Saat 12-yə qalırdı.O eynəyini çıxarıb yanındakı masaya qoydu,yumşaq kresloya kürəyini daha da əminliklə söykədi.Kitab əlində qalmışdı.Onu örtüb dizinin üstə qoydu.Bədənində bir süstlük vardı.Görünür çox yorulmuşdu.İşdən gələndən dincəlməmişdi.Ayağa durdu,istədi bir az musiqi dinləsin.Amma beyninin yorğunluğundan ona elə gəldi ki,dinlədiyi bütün musiqilərin təkrarlığından bezikib.Bu gün tələbələrin gözlərindəki ikrah hissi onu çox sarsıtmışdı.Onların Müjgana verdikləri ikibaşlı suallar onu tənqid atəşınə tutmuşdu.Görünür Tuncayla olan münasibətindən tələbələr xəbərdar idi.O bilirdi ki,bu münasibəti nə qədər ört-basdır etsə də əvvəl-axır hamı bundan xəbər tutacaq.O əmin idi ki,özündən on səkkiz yaş kiçik olan Tuncayla sevgi macərası belə səssiz qalmayacaq,nə vaxtsa hay-küyə səbəb olacaq.Müjgan bu günü görə-görə yenə də bu addımı atmışdı.Onun qəlbində qəribə bir intizar,başında çılğınlıq vardı.Tuncayla tanışlıqdan sonra elə bil bu həsrət yanğısı sakitləşmış,sərinləşmişdi.Bəzən ona elə gəlirdi ki,o özünü aldadır.Bu sevgi yox,tənhalıqdan qurtulmaq hissidir.Həyat yoldaşını itirəndən sonra onun gözü heç kimi görməmiş,qəlbi heç kimi yaxına buraxmamışdı.Tuncayı tanıdıqdan sonra isə...hər şey dəyişdi.

Müjgan Azərbaycan Dövlət Dillər universitetində müəllim kimi fəaliyyət gösrərirdi.Filologiya elmləri doktoru idi.O evliliklərinin səkkizinci ayında həyat yoldaşını itirmişdi.Kənan hərbiçi idi.O, Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuşdu.Müjgangilə uzaqdan qohum düşürdü.Bir-birini bəyənib evlənmiş və Bakıya köçmüşdülər.Müjgan ali məktəbi bitirmiş və universitetdə təhsilini davam etdirməyi düşünürdü.Kənan bir çox vətənpərvər hərbiçilər kimi vətənin çətin günlərində onu müdafiə edənlərin sırasında olanlarla birlikdə olmağı özünə borc bilmişdi.O Müjganı tək qoyub getmək istəmirdi.Amma əl-qolu bağlı da qala bilməzdi.Onun qəlbindəki vətən eşqi,məğrurluq və cəsarət sonsuz idi.O tezliklə hər şeyin yaxşı olacağına inanırdı.Amma Müjganın qəlbində bir narahatlıq,bir qorxu vardı.Lakin o hərbiçi xanımı idi.O bilirdi ki,hərbiçinin qadını da özü qədər mərd və cəsarətli olmalıdır.O ərinin cəsurluğu ilə fəxr edirdi.Kənan döyüş bölgəsində olurdu,imkan tapan kimi evə gəlirdi.O həmişə Müjgana təsəlli verər,ona sonsuz sevgisini və diqqətini göstərərdi.Amma bir gün onun ayağı Bakıdan birdəfəlik kəsildi.Müjgan televizorda yayımlanan xəbərlərdən Kənanın qəhrəmanlıq göstərərək əsgərləri xilas etməyini və düşmənin döyüş tanklarını məhv etməyini eşitdi.Nəhayət Kənan Əskərliyə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdi.Əvvəlcə Müjgan eşitdiklərinin doğru olduğuna inanmadı.”Eh,nə çoxdu o adda,o soyadda əsgərlər.”Amma qəlbini titrədən,incidən bir əzab bilirdi bunların həqiqət olduğunu.O özünü aldatdığını anlayırdı.Lakin ümidini üzmürdü.Bir gün Bakı şəhər Hərbi Komissarlığından Müjgana məktub gəldi.Bu Kənanın göstərdiyi qəhrəmanlığa görə təşəkkür və ailəsinə başsağlığı məktubu idi.O məktubu üzünə tutub hönkürürdü.Həmin gündən bəri bu soyuq otaqlarda o heykəl kimi yaşayırdı.Bütün mehrini işinə salmış,uğurlar qazanmışdı.Kənanın xatırəsi onunçün çox əziz idi.On doqquz il keçməsinə baxmayaraq ona hörmət və qibtə hissini itirməmişdi.O ərinin qəhrəman kimi dünyasını dəyişməsi üçün fəxr edirdi.Lakin o Tuncayla rastlaşanda Kənanın həyatındakı yerini unudurdu.Ona elə gəlirdi ki,Tuncay onun həyatına Kənanın yerini tutmaq üçün gəlməyib.Tuncay çoxdan onun qəlbində kök salmışdı.Bəlkə bu cür düşünməklə o vicdanının rahat olmağını istəyirdi.O qorxurdu daxildən gələn sorğu sualdan.Günahlar onu izləyirdi.Müjgan bunları bilirdi və bilə-bilə yenə səhvləri təkrarlayırdı.O bu səhvləri tale hesab edirdi.İnsan istədiyi anda səhvlərdən yaxa qurtara bilmir.Çünki sən istəməsən də bunları yaşamalısan.Günahlar onun alın yazısı idi.O bunları əzab şəklində daşımalı idi.Müjgan onunla olmaqdan da qorxurdu,onsuz olmaqdan da.Sevgi hissi ona bir neçə anlıq xoşbəxtlik gətirirdi.Lakin əzabı qat-qat artıq olurdu.O bu əzabları dadmağa hazır idi.O gənclik eşqi qədər çılğınlıqla sevirdi.

Onlar polikilinikada tanış olmuşdular.Müjgan dişlərini müayinə etdirmək üçün diş həkiminə gəlmişdi.Orada öyrəndi ki,həmişə dişlərini müalicə etdirdiyi həkim məzuniyyətdədir.Ona gənc stamatoloq Tuncayı məsləhət gördülər.O bir qədər növbə gözləməli oldu.Tuncay onu etinasız qarşıladı.Özündənrazı gəncə həkimin arxayın hərəkətləri Müjgana heç xoş gəlmirdi.O həkimin soyuq və rəsmi davranışlarını laqeydcəsinə seyr edirdi.Tuncay ona baxmadan:

- Xanım,buyrun-dedi.

Müjgan bəlkə də həmişəki həkimin səmimiyyət və mehribanlığına alışdığından bu cavan oğlan ona bu qədər qaş qabaqlı görünürdü.O heç bir söz demədən sərt baxışlarla ona baxdı.Onların baxışları qarşılaşdı.Müjgan kresloda oturdu.Həkim ona ağzını açmağını işarə etdi.Müjgan heç bir söz demədən ona itaət etdi.

- Arxadakı dişiniz sizi incidir?

- Hə,hərdən.Bir də dişlərimdə həssaslıq çoxdu.İsti və soyuq heç nə qəbul edə bilmirəm.

Həkim bu dəfə ona diqqətlə baxdı.

- Dişlərinizə müalicə lazımdır.Vitamin vurarıq və kariesdən təmizləyərik.Başqa o qədər də ciddi narahatlıq yoxdur.Maşallah inci kimi dişləriniz var.

Həkimin bu sözü Müjganı bayaqkı düşüncələrdən uzaqlaşdırdı,onları yumşaltdı.O çaş-baş qalmışdı.İndi Tuncay onun nəzərində başqalaşmış,dəyişmişdi.O Müjgana baxıb dedi:

- Xanım,sabahdan etibarən günün hansı saatı istəsəniz,axşam saat 19:00 a qədər gəlib müalicənizə başlaya bilərsiniz.
Bu dəfə də Müjgan ona laqeydcəsinə təşkkür etdi və kabinetdən çıxdı.O işə tələsirdi.Bu cavan oğlan göründüyü qədər də soyuq deyildi.Bəlkə də Müjgan uzun müddətdir insanlardan uzaq gəzirdi deyə ona elə gəlirdi.Onun həyatı yalnız işiylə bağlıydı.Müjgan ətrafa soyuq və incik baxışlarla baxırdı.

Xəzan günəşi (1-ci bölüm)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
336 313 300 339 368 291

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.