reklam
Eşitmədiyimiz səslər Eşitmədiyimiz səslər http://loading.az/uploads/posts/2017-07/1501086467_manzara.jpg
Ulya

Ulya İslam Dini 26-07-2017, 20:27

Eşitmədiyimiz səslər

Eşitmədiyimiz səslər
Eşitmədiyimiz səslər

Canlılar və cansızlar aləmi. Canlılara insanları, heyvanları və qismən bitkiləri aid edir, qalan hər şeyi isə cansız sayırıq.

Amma bəsirət gözü ilə baxsaq görərik ki, təbiətdə olan hər şeyin canı var,
çünki hər şey öz dili ilə Allahı öyür, Ona həmdü-sənalar söyləyir.
Buna “təsbih” deyirlər. Allah-təala Qurani-kərimdə buyurur:
“Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?!
Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!” (Nur, 41).
“Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin,
lakin siz onların təqdisini anlamazsınız. Allah həqiqətən, həlimdir, bağışlayandır!” (İsra, 44).

İnsan oğlu cansızların təsbihini qulağı ilə hiss etməsə də, qəlbi ilə bəlkə də duya bilər.
Çünki insan istədiyini duymağa qadirdir. Daha dəqiq desək, təbiətdən gələn informasiyaları özü istədiyi şəkildə qəbul etməyə meyllidir.
Dadlı bir meyvə görəndə deyirik: “Buna bax, adama “gəl, məni ye” deyir”.
Gözəl təbiət mənzərəsi qarşısında heyranlığımızı bu cür bildiririk:
“Bu yerlər adama gəl-gəl deyir”. Kaş bu bəsirətimizi ətrafımızdakı aləmin biz vermək istədiyi mesajları duymağa da yönəldə biləydik.
Kaş ki, qəbristanlığa yolumuz düşəndə kənardan dilsiz-ağızsız görünən başdaşlarının bu səsini eşidəydik:
“Ey insan, ölümdən ibrət al. Vaxt gələcək ki, sən də bu qəbir daşlarından birinin altında uyuyacaqsan”.
Kaş bu səsi “eşidib”, ölümə hazır olmağı bacaraydıq, əməllərimizi bir də ölçüb-biçəydik, hər şeyə görə bir gün cavab verəcəyimizin fərqinə varaydıq.

Kaş ki, biz də İmam Əlinin (ə) hər gün duyduğu səsləri eşidəydik. O həzrət buyururdu:
“Adəm oğlu üçün elə bir gün başlamır ki, həmin gün ona bu sözlərlə xitab etməsin:
“Ey Adəm oğlu! Mən yeni bir günəm. Və mən qiyamətdə sənin şahidinəm.
Xeyir sözlər danış və yaxşı işlər gör ki, mən də qiyamət günündə bu barədə şəhadət verim.
Unutma ki, bir daha məni görməyəcəksən”.

Ənəs ibn Malik Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edir ki, o həzrət buyurub:
“Hər gün torpaq insana bu 10 kəlmə ilə xitab edir: “Ey Adəm oğlu! İndi mənim üzərimdə gəzirsən,
amma əsil məskənin mənim içimdir. İndi mənim üzərimdə qudurğanlıq edirsən, amma içimdə əzab dadacaqsan.
Hələ ki, üzərimdə gülürsən, amma içimdə ağlayacaqsan. İndi üzərimdə haram yeyirsən, amma içimdə səni həşəratlar yeyəcək.
İndi üzərimdə əylənirsən, amma içimdə kədərli olacaqsan. Hələ ki, üzərimdə haram mal toplayırsan,
amma içimdə peşman olacaqsan. İndi üzərimdə hiyləgərlik edirsən, amma içimdə zəlil olacaqsan.
İndi üzərimdə gəzib sevinirsən, amma içimdə kədərə dalacaqsan. İndi üzərimdə nur içindəsən, amma içimdə zülmətə qərq olacaqsan.
İndi üzərimdə camaatla birgəsən, amma içimdə tək-tənha yatacaqsan”.

Və kaş ki, bu dünyada hər sözü söyləyib, hər işi edərkən Əlinin (ə) bu kəlamını qulağımıza sırğa edəydik:
“Müsəlmanın üç dostu var. Dostlarından biri deyər: “Sən həm diri, həm də ölü ikən mən səninlə birlikdə olacağam”.
Bu, onun əməlidir. O biri dostu deyər: “Sən ölənə kimi mən səninlə birlikdə olaram”.
Bu, onun mal-dövlətidir, adam öləndən sonra varislərin əlinə düşər. Üçüncü dostu ona deyər:
“Sən qəbrə girənə kimi mən səninlə olaram, sonra səndən ayrılaram”. Bu isə onun övladıdır”.

Həm diri, həm də ölü ikən əməlimiz bizimlə qonşudur. Hər kəs qonşusunun yaxşı olmasını istəyər.
Xoşbəxtlikdən, bu qonşunun yaxşı ya pis olması özümüzdən asılıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
417 367 347 383 352 385

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.