reklam
Səni məndən başqa kimsə sevməsin deyə. Səni məndən başqa kimsə sevməsin deyə. https://loading.az/uploads/posts/2017-04/medium/1491417476_en-gozel-sevgililer.jpg
amon

amon Sevgi 28-05-2020, 16:55

Səni məndən başqa kimsə sevməsin deyə.

Səni məndən başqa kimsə sevməsin deyə.
Bu həftə sonu heç yerə getməməyi düşündüm. Özüm-özümə çay qonaqlığı verirdim. Bir az soyuq idi ev,amma içdiyim çay azda olsa isitmişdi içimi. Önümdə dəftər,kitab vardı,həvəs də yox idi onları vərəqləyib nəsə oxumağa. Qələmi götürdüm, qarşımdakı boş vərəqə imza çəkməyə başladım.Sonra düşündüm nəsə çəkim. Sizə demişdim axı  mən ən son anamın şəklini çəkmişəm,ondan sonra heç nə  çəkməmişəm.

Əlimə qələmi aldım.Bir ğöz şəkli çəkdim. Əvvəl böyük çəkdim, çox böyük baxanda bütün dünyanı görə biləcək, axtardığı hər yerdə məni görə biləcək bir göz çəkdim. Baxdım,sonra sildim. Balaca göz çəkdim sadəcə məni görə bilən bir göz, məndən başqa kimsəni görməyən bir göz çəkdim. Tək gözü bəyənmədim, yanına bir göz də çəkdim, iki göz oldu. Bir göz gözəlliyi, bir göz çirkinliyi görə bilsin deyə çəkdim. Bir göz yaxşını, bir göz pisi görə bilsin deyə çəkdim.

Əvvəl gözləri mənə baxan formada çəkdim,sonra utandım. Mahsum baxışlı o gözlərə baxmağa utandım, mən o gözlər qədər təmiz deyildim,
o gözlər ilk məni görürdü.Mənsə nələr görmüşəm daha öncə. Sildim gözləri yana baxar formada çəkdim.Gözəl alınmışdı. Sanki şəkildən nur yagırdı,gözlər sanki canlı idi.Sanki izləyirdi məni. Yox, yoxx mən bunu qəbul etmədim. Tez əzdim vərəqi atdım yerə.

Başqa bir kağız götürdüm.Bir burun çəkdim. Nəfəsi ilə məni içinə çəkə bilən bir burun,körpənin burnu kimi şirin idi. Bir an burunun da canlandığını gördüm, sanki mən alan havanı çəkirdi içinə. Yox, yoox mən bunu edə bilmədim. Tez o vərəqi də əzdim atdım bir yerə. Sonra yeni bir vərəq götürdüm.Bir qulaq çəkdim. Böyük çəkdim,hətta ürəyimin tuppultusunu da eşidə biləcək bir qulaq.

Sonra sildim, kiçik qulaq elədim,sadəcə məni duya bilsin yetər…səni sevirəm  kəliməsini eşidə biləcək bir qulaq. Amma sonra tək olmasın, tək olarsa sadəcə sevgimi eşidər,axı mənim yalanlarım da var.Onları da eşitsin deyə iki qulaq çəkdim. Sanki qulaq da canlandı, sanki kimsə məni dinləyirdi.Sanki içimi oxuyurdu minim. Yox, yoox bu da olmaz dedim. Onu da əzdim atdım yerə.

Sonra başqa vərəq götürdüm.Bir dodaq çəkdim. Əvvəl böyük çəkdim,bütün dünyaya məni sevdiyini deməsi üçün. Sonra sildim, kiçik çəkdim,sadəcə mənə səninəm deməsi üçün. Dodaqlar o qədər incə və safdır ki, yalan belə danışsa sözlərindən nur çıxardı. Amma bu da canlandı,qorxdum birdən mənə nəsə deyər deyə. Çəkindim,onu da tez əzdim atdım yerə.

Sonra yeni vərəq götürdüm.Uzun saçlar çəkdim. İpək kimi parlaq saçlar,hər telində bir həyat yazılan saçlar. Amma otaqdakı hava sanki saçların kiçik tellərini tərpədirdi, tez onu da əzdim atdım yerə. Artıq nə çəkəcəkdim ki?! Yerə atdığım kağızlara baxırdım,sanki bir səs gəlirdi:-“birləşdir bizi,bir araya gətir!” Götürdüm vərəqləri.Tək-tək açdım stolun üstünə qoymuşdum. İnanmayacaqsınız,amma mən onu çəkmişdim! Ayrı-ayrılıqda mən onu yaratmışdım.Sadəcə bir araya gətirmək lazım idi.

Bacarmadim.Mən o kağızları yandırdım. Sonra yenidən masama oturub yeni götürdüyüm vərəqə ən son bu sözü yaza bildim: “Səni kimsə görməsin deyə, səni məndən başqa kimsə sevməsin deyə səni sadəcə qəlbimə çəkdim!” Şəkli çəkə bilmədim,amma bu yazını bir şəkil kimi çərçivəyə salıb evdən asdım

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
336 332 334 347 286 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.