reklam
Getmə sevgilim.... Getmə sevgilim.... http://loading.az/uploads/posts/2016-12/1480671323_1452941633_1381126960-347.jpg
kolgem

kolgem Şeirlər 2-12-2016, 13:34

Getmə sevgilim....

Getmə sevgilim....
Getmə sevgilim....


Qoyma bu məhəbbət bitsin kədərlə,
Məni atıb getmə,getmə sevgilim.
Oynama vəfasız sevən ürəklə,
Dikanlı gül olub bitmə sevgilim.

Gün gələr sevgilim səndə sevərsən,
Onda bu sevgilin düşər yadına.
Əl açıb sən məndən sevgi istərsən,
Bilki bu sevgimdə çatmaz dadına.

Yenədə sən düşün gülüm gedərkən,
Nəyə lazım qüssə kədər sevgilim.
Məni ağlar qoydun səni sevərkən,
Eylədin qəlbimi hədər sevgilim.

Eşitdim başqası olub həmdəmin,
O da çox sevməyib tez atıb səni.
Zəng vurub danışdın mənə dərd qəmin,
Sənə dedim axı axtarma məni

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
328 325 334 338 316 361

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.