reklam
İmam Rzanın (ə) möcüzələri İmam Rzanın (ə) möcüzələri http://loading.az/uploads/posts/2018-10/thumbs/1540984453_2c6ecacd-ee6c-4f79-a317-367009392296.jpg
pandisim

pandisim İslam Dini 31-10-2018, 15:59

İmam Rzanın (ə) möcüzələri

İmam Rzanın (ə) möcüzələri


İmamın ikinci həyatı

Hərsəmə ibni Əyun deyir: Bir gün İmam Rzanın (ə) yanına getdim. Həzrət Məmunun mənzilində qalırdı. Məmunun evinə gedib daxil olanda gördüm onun ətrafındakılar deyirlər İmam Rza(ə) vəfat edib. Tez özümü onun otağına yetirib daxil olmaq üçün icazə istədim. O zaman Məmunun etimadı olan qulamlarından biri ki, adı Səbih Deyləmi idi, mənə dedi6 Gecə Məmun məni otuz nəfər etimadı olan qulamları ilə birlikdə çağırdı. Mən də onun xidmətinə yetişdim. Belə ki, yandırdığı şamların çoxluğundan gecə-gündüz kimi olmuşdu. Onun qabağında zəhər sürtülmüş xəncərlər var idi. Bizi bir-bir dəvət edib hər birimizdən söz aldı ki, onun əmrinə vəfadar olub müxalifət etməyək və onun müqabilində on kisə qızıl, on dənə xüsusi mülk götürək və onun həyatı zamanında başqa hədiyyələrlə bəhrələnək.

Onun istədiyi bu idi ki, hər birimiz bu zəhərli xəncərləri götürüb, Əli ibni Musa ər-Rzaya(ə) hücum edib onu tikə-tikə eləyək, onun sümük və tüklərini bir-birinə qatıb, geri qayıdaq.

Xəncərləri götürüb, onun otağına getdik. Gördük ki, yatağında yatıb danışır. Biz də dediklərini başa düşmürdük. Onun ətrafını şəmşirlərlə mühasirəyə aldılar. Məndə ona baxırdım, ta iş axıra yetişdi və İmamı öz çarpayısına bürüdülər.

Məmunun yanına getdikdə soruşdu: Nə etdiniz?

Dedilər: Verdiyin göstərişə əməl etdik. Məmun dedi: Gördüyünüz işi gizlədin.

Sübh olan zaman Məmun matəm paltarında və əza halında məclisdə oturub əzadarlıq etdi. Sonra ayaq-yalın qalxdı ki, İmama(ə) baxsın. Mən də onun qabağında idim. Onun otağına yetişdikdə bir səs eşidib, titrədi və dedi: Kimdir onun yanında?

Dedim: Gedin baxın və cavabını mənə deyin.

Səbih deyir: Tez İmamın(ə) otağına getdim, gördüm İmam(ə) öz mehrabında namaz qılır və zikr edir.

Qayıdıb Məmuna dedim: Bir nəfər onun mehrabında namaz qılır. Məmun heyrətlənib titrədi və dedi: Məni aldatmısınız. O zaman mənə baxıb, dedi: Sən İmamı(ə) tanıyırsan, get gör onun mehrabında kim namaz qılır?

Səbih deyir: İmamın(ə) otağına girdim, həzrət buyurdu: Ey Səbih!

Ərz etdim: Bəli mənim mövlam.

Dedi: (Onlar istəyirlər ki, Allahın nurunu söndürsünlər, amma Allah öz nurunu kamil edir. Kafirlər onu sevməsələrdə.)

Məmunun yanına gedib dedim:

Vallah O, otağında oturub və bu sözləri mənə dedi. Məmun matəm paltarını əynindən çıxartdı.

Hərsəmə deyir: Bu hadisəni və İmamın(ə) salamat qalmağını eşitməklə Allaha şükr edib İmam Rzanın(ə) hüzuruna yetişdim. Məni görən zaman dedi: Ey hərsəmə Səbih, sənə deyən şeyləri başqasına demə, məgər Allah qəlbiniiman və bizim vilayətimizin məhəbbəti ilə dolduran şəxsə.



Ölünü diriltmək

Müfid ibni Cuneyd deyir: İmam Rzanın(ə) yanına getdim və dedim: Sizin m.cüzələriniz çoxdur. Onun birini mənim üçün göstər ki, başqaları üçün nəql edim.

İmam(ə): Nə istəyirsən?

İstəyirəm ata və anamı dirildəsən.

İmam(ə): Get evinə mən onların hər ikisini diriltdim.

Evə getdim, and olsun Allaha hər ikisi diri idilər. On gün yaşadılar sonra Allah-təala onların canını aldı.


Əhməd Bəzəntinin ürəyindən agahlıq

Bəzənti deyir: Mən yeddi İmama (ki onların axırıncısı musa ibni Cəfər (ə) idi.) əqidəsi olan kəslərdən idim və buna görə İmam Rzanın(ə) imamətində şəkk etdiyimə görə ona məktub yazıb, suallar soruşdum. Amma öz mühüm mətləbimi soruşmaq yaddan çıxdı.

Bir neçə müddətdən sonra suallarımın cavabı yetişdi və İmam(ə) buyurdu: Sən mühüm suallarını yaddan çıxartmışdın. Mən də ərz etdim: Yəbnə Rəsulillah, istəyirəm düşmənlərin zərəri yetişmədiyi bir zaman, məni evinə dəvət edəsən.

İmam(ə) mənim üçün bir minik göndərdi və onun hüzuruna yetişdim. Şam və xiftən namazını onunla qıldım. O zaman İmam(ə) mənə bir çox elmlər öyrətdi. Mən də ondan sual edirdim. Cavab verirdi, ta ki gecənin yarısı keçdi. Sonra öz xidmətçisinə buyurdu: Mən yatdığım yatağı gətir, Əhməd Bəzənti onda yatsın, öz-özümə dedim: Dünyada məndən xoşbəxt adam yoxdur. İmam (ə) mənim üçün minik göndərdi və yanıma gəlib oturdu, sonra öz yatağını mənə verdi. Telə bu fikirdə idim ki, İmam(ə) buyurdu: Ey Əhməd! Sənə etdiyim bu şeylərə görə iftixar etmə. Səsəət ibni Suhan xəstələndi, Əmirəl möminin(ə) ona baş çəkib ehtiram etdi. Əlini alnına qoydu, başını tumarladı. Amma onun yanından qayıtmaq istədiyi zaman buyurdu: Ey Səsəə sənə nisbət gördüyüm işlərə xatir din qardaşlarına iftixar etmə. Çünki, gördüyüm bu işlər mənim borcum idi.



Bir qeybi xəbər

Abdullah ibni Muğeyrə deyir: Mən vaqifiyyə məzhəbinə və yeddinci İmamdan sonra İmamın olmamağına mötəqid idim və bu əqidə ilə həcc əməllərini yerinə yetirmək üçün Allahın evinə yola düşdüm. Məkkəyə getdiyim zaman öz əqidələrim haqqında şəkk etdim. Kəbənin yanına gedib özümü Kəbə evinin qarşısındakı divara yapışdırıb dedim: Ey Mənim Allahım! Sən mənim istəyimdən agahsan! Məni ən gözəl və ən düzgün məzhəbə hidayət et!

Elə o yerdə ürəyimə düşdü ki, İmam Rzanın(ə) hüzuruna gedəm. Mədinəyə gedib. Mədinəyə gedib onun evinə yola düşdüm. O həzrətin evinə çatandan sonra onun qulamına ərz etdim: Mövlana de ki, İraq əhlindən bir kişi evin qapısında durub. Birdən o həzrətin səsini eşitdim ki, buyurdu:

İçəri daxil ol! Ey Abdullah ibni Muğeyrə. Daxil oldum. İmam(ə) mənə baxdıqda buyurdu: Allah sənin duanı müstəcab edib öz dininə hidayət etdi.

Dedim: Şəhadət verirəm ki, sən xəlqə Allahın höccət və əminisən.


Sualdan qabaq cavab

İsmail ibni Mehran deyir: Bir gün mən Əhməd Bəzənti ilə İmam Rzanın(ə) yanına gedirdik ki, onun yaşını soruşmağı yadıma sal.

Mən hey istəyirdim onun yadına salam, amma yadımdan çıxarırdım.

İmamın(ə) yanına gedib, salam verib oturduqdan sonra, İmam(ə) üzünü ona çevirib buyurdu: Ey Əhməd, neçə il sənin ömründən keçib?

Əhməd: Otuz doqquz il.

İmam buyurdu: Amma mənim otuz dörd il ömrümdən keçib.


Dərc Etdi:Avara_Sair

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
436 435 510 424 450 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.