reklam
"Formula-1" başqa çempionatla birləşdirilə bilər "Formula-1" başqa çempionatla birləşdirilə bilər http://loading.az/uploads/posts/2018-10/thumbs/1539701635_695030.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 16-10-2018, 18:53

"Formula-1" başqa çempionatla birləşdirilə bilər

"Formula-1" başqa çempionatla birləşdirilə bilər


Gələcəkdə "Formula-1""Formula-E" çempionatları vahid seriyada birləşə bilər.

Bunu 2016-cı ilin "Formula-1" çempionu Niko Rosberq bildirib:

"Ola bilər ki, bu iki çempionat birləşəcəyi üçün biz "Formula-E" yarışlarının "Formula-1"dən məşhur olacağını görməyək. "Formula-1"in elektrik mühərriki ilə işləyən maşınlara üstünlük verdiyi zaman gəldiyində, sadəcə, hər iki seriyanın birləşməsi baş verəcək.

"Formula-1" üçün elektrik mühərriklərinə keçid mühüm və mürəkkəb addım olacaq. Dünyada ekologiya ilə bağlı ciddi problemlər mövcuddur və müvafiq tədbirlər görülməlidir. Əgər bütün dünyada elektromobillərin satışına başlanarsa, onda "Formula-1" üçün daxili yanma mühərriklərindən istifadənin heç bir anlamı qalmayacaq. Unutmaq olmaz ki, hər iki seriyanın bir sahibi var. Bu, Con Maloundur".

Qeyd edək ki, Niko Rosberq 2016-cı ildə "Formula-1"də çempion olduqdan sonra karyerasını başa vurub. O, bundan sonra "Formula-E" çempionatına investisiya qoymağa başlayıb. Hazırda sözügedən çempionatın maliyyə dəyəri 750 milyon avrodur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 310 311 313 301 264

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.