reklam
Qıvrım saçlı xanımlara özəl təbii maskalar Qıvrım saçlı xanımlara özəl təbii maskalar http://loading.az/uploads/posts/2016-06/thumbs/1465154151_kivircik-saclar.jpg
♔Princess♔

♔Princess♔ Qadın Dünyası 7-06-2016, 18:30

Qıvrım saçlı xanımlara özəl təbii maskalar

Qıvrım saçlı xanımlara özəl təbii maskalar


Qıvrım saçlarınız hava şəraiti ilə bağlı dəyişir və nəzarət edilməz bir hala gəlibsə, təbii baxım maskalarından yararlana bilərsiniz. Maskalar həm ucuz başa gəlir, həm də təbii yolla evdə hazırlaya bilərsiniz.
Bu 3 maska sadəcə saçlarınızı düzləşdirməyəcək, eyni zamanda saç uzanmasına yardım edərək, kəpək və yağlı saçlarla da mübarizə aparacaq.

Mayonez, yumurta və bal maskası
Mayonez ən effektli saç düzləşdiricidir. Yumurta və balla qarışdırdıqda isə saçları yumşaltmaq üçün mükəmməl bir qarışım əldə edə bilərsiniz. Yumurta sadəcə quru qıvrımları yumşaltmaqla yetməz, həm də saç dərisi və diblərini də qidalandırar. Bal təbii nəmləndirici olduğu üçün suyu saç hüceyrələrinə həbs edər və saçlarınızı canlandırar.
2 yemək qaşığı mayonez
1 ədəd yumurta
1 yemək qaşığı bal
Hazırlanması:
Balaca qabda yumurtanı köpük halına gələnəcən qarışdırın. Daha sonra digər ərzaqları da yaxşıca qarışdırın. Bu qarışım başınıza çəkib barmaq uclarınızla saç diblərini masaj edin. Saçlarınızı yığıb bir sellofan keçirin. 15 dəqiqə sonra saç diblərinin uclarına doğru saçlarınızı yuyun. Sonra maskanın qoxusu qalmasın deyə şampunlaya da bilərsiniz. Həftədə bir dəfə edin.

Banan və badam maskası
Sadəcə iki ərzaqdan ibarət olan bu maska saçlarınızı yumşaltmaqla yanaşı həm də nəmli saxlayacaq.
2 ədəd banan
1 çay qaşığı badam yağı
Hazırlanması:
Bananı tam əzilənə qədər blenderdən keçirin. Banan püre halına gəldiyində badam yağını da içinə əlavə edin. Bu qarışımı əlinizlə saç diblərindən uclarına qədər bol çəkin. Saçınıza sellofan keçirin. 15 dəqiqə sonra maskanı yuyun. Həftədə iki dəfə edin.
Bu maska saçlara son dərəcə gözəl qoxu verdiyindən yuyan zaman şampun istifadə etməsəniz də olar. Çox qaralmış bananları atmaq yerinə bu maska üçün istifadə edə bilərsiniz.

Avokado, hind qozu südü və zeytun yağı maskası
Sağlam bir dəri və saçlar üçün avokado super qidalardan biridir. Saçlarınızı parıldadır.
1 ədəd kiçik avokado
Yarım stəkan hind qozu südü
1 yemək qaşığı zeytun yağı
Hazırlanması:
Avokadonu blenderdən keçirib püre halına gətirin. Zeytun yağı və hind qozu südünü də əlavə edin. Başınızı aşağı əyib, maskanı saç dərinizdən saç uclarına doğru sürtün. 15 dəqiqə sonra maskanı durulayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
320 339 274 320 310 295

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.