reklam
Dünyada Yüksəkliyinə Görə İkinci Olan Yaşayış Məntəqəsi_Xınalıq Kəndi Dünyada Yüksəkliyinə Görə İkinci Olan Yaşayış Məntəqəsi_Xınalıq Kəndi https://i.hizliresim.com/ODOWE0.gif

Dünyada Yüksəkliyinə Görə İkinci Olan Yaşayış Məntəqəsi_Xınalıq Kəndi

Dünyada Yüksəkliyinə Görə İkinci Olan Yaşayış Məntəqəsi_Xınalıq Kəndi
Dünyada Yüksəkliyinə Görə İkinci Olan Yaşayış Məntəqəsi_Xınalıq Kəndi


Xınalıq_Düyada Ən yüksəkdə yerləşən ikinci yaşayış məskənidir.
Onun dəniz səviyyəsindən yüksəkliyi 2350m-dir.



Adının mənası
"Xınalıq" sözü oykonimdir.

Xınalıq adının onun tarixi ilə heç bir əlaqəsi yoxdur. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilmişdir. Xınalıq adı təxminən XIX əsrin 50-60-cı illərindən sonra işlənməyə başlanmışdır.

Tədqiqatçıların fikrincə, oykonim "xeni" sözündən və Azərbaycan dilində mənsubiyyət anlayışı bildirən "-lıq" şəkilçisindən düzəlib, "Xenidən olanlar, xenililər" mənasındadır.

Qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini "Kətş xalqı" ("Kədid" və ya "kədtid"), öz kəndlərini isə "Kətiş" adlandırırlar. Bu da çoxlu sayda "kətid"lərin yaşadığı yer mənası verir. Bu sözlərin mənası "müqəddəs" deməkdir.


Tarixi
Xınalıq barəsində tarixi tədqiqatlar çox azdır. Tarixçilərin ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb. Əsasən Xınalıq etnosunun və dilinin tarixi araşdırmalarına və rəvayətlərə əsaslanan tədqiqatçılar Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğu ehtimal edirlər.

Xınalıq orta əsr yaşayış yeri Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2300 metr hündürlükdə, Qızılqaya yastanının cənub-şərq yamacında, strateji baxımdan çox əlverişli məkanda salınmışdır və hal-hazırda müasir kənd tikililəri ilə davam etdirilmişdir. Qala divarlarının qalıqları Xınalığın şimal və şimal-qərb tərəfində dar bərzəxdə arxeoloqlar tərəfindən qeydə alınmışdır. Yaşayış yerinin cənub-şərq tərəfindən yerləşən giriş isə piramida biçimli qüllə ilə mühafizə olunurdu. Xınalığın orta əsrlərdə mahal mərkəzi olduğu ehtimal edilir

Nuh peyğəmbərin nəsli
Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi həlak olmuşdur. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə də Xınalıq yaranmışdır. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları – Sam və Ham müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan da Qafqaz xalqları törənmişdir. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərilir, burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.


Strabonun 17 cildlik "Coğrafiya"sında
Xınalıqlıların əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir.

Xınalıqlıların qədim yunan alimi Strabonun 17 cildlik "Coğrafiya" əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Xınalıqlılar həmin 26 alban tayfasından biri olmasını Xınalıq kəndi ərazisində olan çoxsaylı alban qəbiristanlıqları və digər alban tayfalarının məlum olan dillərindən fərqli olan dili təsdiq edir.

VII-X əsrlər Musa Kalankatlının "Alban tarixi" əsərində
Alban tarixçisi Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyanın şimal–qərbində bir əyalət Xeni adlandırılır. Tədqiqatçılar müəyyən etmişlər ki, Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir.

Yaqut əl-Həməvi Xınalıq haqqında
Müxtəlif tarixi mənbələrə görə, Xınalıq erkən orta əsrlərdə mahal mərkəzi, kiçik şəhər olmuşdur.

Bunu XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi "Mücəm əl-buldan" (azərb. "Ölkələrin əlifba sırası ilə sadalanması") adlı lüğətində Xınalığın Xazaran dağ keçidində kiçik şəhər olduğunu bildirən yazısı da sübut edir. Həmin "Coğrafiya" lüğətindən aydın olur ki, Xınalıq kəndi VII-X əsrlərdə mədəni mərkəz olmuş, orada bir çox alimlər yetişmişlər.

Təbiəti
Kiçik, lakin çox ecazkar olan Xınalıq Qafqaz dağlarının uca zirvəsində yerləşən amfiteatrdır. Quba rayonunda, 2350 metr yüksəklikdə yerləşən və qibləyə baxan Xınalıq kəndi qərbdən Qəbələ, şimaldan Qusar rayonları ilə həmsərhəd olmaqla, Qızıl Qaya (3725 m), Şah dağı (4243 m), Tufan dağı (4191 m) və Xınalıq (3730 m) dağlarının əhatəsindədir.
Bahar çağı Xınalığım,
Girən zaman dondan-dona,
Dəyişmərəm bir kəndimi
Yüz Parisə, min Londona.
— Xınalıqlı şair-mütərcim Rəhim Alxas yazdığı "Xınalıq" poemasında Xınalığı belə vəsf etmişdir



Xınalıq Qış Fəslində



Xınalıqdan 7 kilometr məsafədə olan Tufandağın ətəyində 3500 metr hündürlüyündə 3 müxtəlif göl yerləşir. Göllər bulaq suyu və qar hesabına yaranmışdır. Amma göllərin arasındakı gözəgörünməz əlaqə onların birləşmiş qablar kimi eyni səviyyədə qalmasına səbəb olur. Əfsanəyə görə, keçmişdə bu göllərdən ən böyüyündə taxta parçaları üzürdü. Deyilənlərə görə, bu taxta parçaları Nuhun gəmisinin parçaları idi. Əgər bir adam onları tutmaq istəsə, üzüb adam olmayan tərəfə gedirlər. Amma 2007-ci ildə Tufandağda keçirilən ekspedisiya zamanı göllərdə həmin taxta parçaları müşahidə edilməmişdir. Burada bitki aləmi çox kasad olduğu bir şəraitdə həmin ağacın olması çox müəmmalıdır.

Xınalıqdan qərbə tərəf 5-15 km məsafədə Qudyalçayın ətrafında dağların döşlərində ağcaqayın ağacından ibarət böyük olmayan meşəliklər vardır. Xınalıq və onun ətrafındakı dağlarda subalp çəmənlərinə xas olan zəngin dərman bitkiləri bitir. Xınalıq kəndinin ətəklərində Qudyalçay, Xınalıqçay (yerli əhali onu üzərində əvvəllər 7 dəyirman olduğuna görə "Dəyirmançay" adlandırır) çayları axır.

Kəndin ətrafında çoxlu sayda bulaqlar və mağaralar vardır. Kənddən 14 km məsafədə olan Şah yaylağına qədər yüksək keçidli avtomaşınların hərəkəti üçün yol vardır və Şah yaylağında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yerləşir.

Əhalisi
Xınalıq kəndinin əsas və aborigen sakinləri olan Xınalıqlılar Qafqazda minilliklərlə yaşamış, öz dilini, adət-ənənələrini itirməmiş, bu günümüzə qədər saxlamışdır. Onlar Şahdağ milli etnik qrupunun nümayəndələri, aborigen Azərbaycanlılardır. Tarixən xınalıqlılar, indiki Azərbaycan ərazisi sayılan Qafqaz Albaniyasında yaşayan xalqların törəmələridir. Qədim dövrlərdən bəri, indiki xınalıqlıların həyat tərzində çox da böyük dəyişikliklər baş verməmişdir. Xınalıqlılar islam dininə sitayiş edirlər (sünni). Xınalıqlılar özləri-özlərinə "kətdid" deyirlər ki, bu sözün mənası "özümüzkilər" deməkdir. Xınalıq dilinin əsas daşıyıcıları Xınalıq kəndinin özündə yaşayan xınalıqlılardır. Ümumi sayı 30 minə yaxın olan xınalıqların təxminən 5 min nəfəri təmiz Xınalıq dilində danışırlar(onlardan biridə mən özüm wink .


Uzunömürlülər məskəni


Xınalıq həm də uzunömürlülər məskənidir. Bulaq suyu, dağ havası Xınalığı uzunömürlülər diyarına çevirmişdir. Teymur Bünyadov 1987-ci ildə dərc olunmuş "Əfsanələr diyarı" adlı məqaləsində onların bəzilərinin adlarını xatırlayır: kişilərdən 132 yaşlı Hacı baba, 120 yaşlı Hacı Nəzir baba, 117 yaşlı Molla Bəşir kişi, 115 yaşlı Şahbaz baba, 112 yaşlı Becan baba, 110 yaşlı usta Cəbrayıl, Hacı Sultan Əmir, Hacı Soltan Əhməd; qadınlardan 107 yaşlı Əsmər və Pəricahan nənə, 103 yaşlı Gülcənnət və Əminə nənə və onlarca başqaları... Həmin mənbədə daha sonra göstərilir ki, yaşları 90-nı keçib 100-ü haqlayanları isə daha çoxdur.

Yerli dil


Xınalıq kəndinin əhalisi dünyada ona heç oxşarı olmayan unikal bir dildə danışırlar. Bu dili xınalıqlılar Kətiş dili (azərb. xınalıq dili) adlandırırlar. Kətiş dilini bəzi mütəxəssislər Şimali Qafqaz ailə qrupunun Nax-Dağıstan dil ailəsinə aid edirlər. Digər mütəxəssislər isə bu dili Ural dil qrupuna aid edirlər. Bundan öncə mütəxəssislər bu dili Qafqaz-Şahdağ dil qrupuna aid edirdilər. Bu sahədə lingvistik tədqiqatlar davam edir. Lakin bütün mütəxəssislər razılaşırlar ki, bu dil ən qədim dil ailəsinə məxsus dillərdən biridir. Alimlər belə bir maraqlı mülahizə də irəli sürürlər ki, Xınalıq dili Qafqaz Albaniyasının tərkib hissəsi olan tuti tayfalarının dili ilə yaxınlıq təşkil edir.

Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Yegənə fərq Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində kompakt yaşayan üç əsas nəsil arasında müəyyən hallarda tələffüz zamanı danışıq dili fərqlənir.

Bu dildə ismin 18 halı vardır. Kətiş dilinin rus və ingilis dillərində lüğət kitabları çap olunmuşdur. Hələ xınalıqca-azərbaycanca lüğət tərtib edilməmişdir. Kətiş dili çoxsəsli dil kimi 76 hərflə ifadə olunur. Bu dildə 28 sait var. Kətiş dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənirlər. Məsələn, "gəl" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.

Dini inam


Xınalıqlılar İslam dinindən qabaq bütpərəst olublar. Hazırda xınalıqlılar İslam dininin sünni təriqətinə mənsubdurlar. Lakin onların məişətlərində dinə qədərki təbiətlə bağlı inaclara da təsadüf olunur. Məsələn, xınalıqlılar arasında odla fala baxma ənənəsi vardır. Digər tərəfdən, Xınalıq kəndindən 4-5 kilometr qərbdə təbii yanar qaz çıxan, gecə-gündüz yanan bir yer var ki, bura əhali tərəfindən "Atəşgah" adlandırılır. Bu ziyarətgaha əsasən, xınalıqlıların atəşpərəst olduğunu qeyd edirlər. Mənbələrin verdiyi məlumata görə Azərbaycana ticarət və ibadət məqsədləri ilə gələn hind atəşpərəstləri təkcə Abşeronda deyil, eləcə də Xınalıq ərazisindəki həmin "Atəşgah"da öz od allahlarına sitayiş edirmişlər. Xınalıqlıların öz "Atəşgah"larına indiyədək müqəddəs ocaq kimi baxması faktı onların məişətində atəşpərəstliyin mühüm yer tutduğunu deməyə əsas verir.


Xınalıq qəbiristanlığında məzar


Xınalıq Qəbristanlığında Məzar

Xınalıq kəndində müxtəlif dövrlərə aid səkkiz qəbiristanlıq vardır. Kənddə "Giyad təpəsi" deyilən yerin başından tutmuş ayağınadək, kəndin içərisindən tutmuş Rutsoş və Dəyirmançay çayının sahillərinə kimi görünən saysız-hesabsız qəbirlərin tarixi bu günə qədər tədqiq olunmamışdır. Xınalıq qəbiristanlıqlarında köhnə qəbirlərin çoxu həm enlilik, həm də uzunluq cəhətdən olduqca böyükdür. Başdaşları ya ərəb əlifbası, ya da ondan qabaqkı əlifbalarla yazılıb[36]. Rutsoş çayına gedərkən yolun üstündəki açıq qəbirlər buna əyani sübutdur. Xınalıqdakı qəbirlərin bəziləri 3-4 mərtəbəlidir. Burada qəbirlər bir-birinin üzərində yerləşir.

Xınalıq ərazisində 31 türbə və ziyarətgah vardır. Onların 16-sı İslam dövrünə aiddir, qalanı isə islamaqədərki inanclarla bağlı olub və əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir.

Xınalıqda VIII-IX əsrlərdə Əbu Müslim tərəfindən İslam dini təbliğ olunmağa başlayır. Bu gün fəaliyyət göstərən cümə məscidi də həmin dövrdə tikilmişdir. Camaat bu məscidi Əbu Müslim məscidi adlandırır. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunmuşdur. Yazıların təqribən III-VIII əsrlər arasında yazıldığı ehtimal olunur. Yazıların tam olaraq tərcüməsi olunmasa da, təxmini mənası "günəşin doğması" və "yeni tarixin başlanması" mənasını daşıyır. Oxşar yazılara Damdam çayı yaxınlığındakı şəlalə ilə üzbəüz Kündür dağında yerləşən sal daşın üzərində rast gəlmək mümkündür.

Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri də pir adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur. Ümumiyyətlə, Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri pir adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur.

Cümə günləri əhali cümə məscidinə yığışıb cümə namazı qılırlar, hər cümə 30-40 nəfər adam cümə namazına gəlirlər. Qadınlar cümə məscidinə getmirlər.

Bu ərazidə yerləşən, müqəddəs sayılan Babadağın zirvəsindəki oyuğun altında xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəs şəxsin qəbri var. Bura təkcə bölgədə deyil, bütün Azərbaycanda məşhur ziyarətgahlardan biridir. Babadağı 7 dəfə ziyarət etmək əhalinin inamına görə, Həcc ziyarətinə bərabərdir.

Mədəniyyət

Xınalıq kəndində Mədəniyyət evi fəaliyyət göstərir və onun 5 işçisi vardır ki, onlardan biri ali, 3-ü orta, biri isə natamam orta təhsillidir. Mədəniyyət evi nəzdində bədii özfəaliyyət dərnəyi fəaliyyət göstərir.

Kənddə yerləşən ilk kitabxana isə 1967-ci ildən fəaliyyət göstərir.

Hal-hazırda Xınalıq etnosu haqqında olan ədəbi-ictimai "Xınalıq" qəzeti buraxılır.

Xınalıq tarix-etnoqrafiya muzeyi
2001-ci ildə kənd ağsaqqalı Xəlilrəhman Cabbarovun rəhbərliyi altında Xınalıqda tarix-etnoqrafiya muzeyi yaradılmışdır. Muzeydə Xınalığın qədim dövrlərindən qalmış arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr və daha bir çox əşyalar Xınalığa gələnlərə burada vaxtilə mövcud olmuş yüksək bir mədəniyyətdən xəbər verir. Muzeydə XV-XIX əsrlərə aid ərəb dilində olan kitablar da saxlanılır.

Xınalıq-Tarix etnoqrafiya Muzeyi

Memarlıq abidələri

Xınalıq kəndi özünəməxsus unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur.

Xınalıq kəndi XVII-XIX əsrlər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir. Həmin siyahıda abidənin inventar №-si 9-dur.

Xınalıq rəsmlərdə



Qırx Abdal piri

Buna görə də çox qədimlərdə obanın şimalında, Qızıl qaya dağının ürəyinin başında qaynayan bulaqların gözü açılmış, gur sel yaradılmışdır. Yaylaqlardan endirilən suyu gil borular vasitəsilə şenliyə çatdırmışlar. Lakin bu Qırx Abdal bulaq suyunun obaya necə və nə vaxt gətirilməsinin dəqiq tarixi məlum deyil. Bununla əlaqədar xalqın hafizəsində bir maraqlı əfsanə yaşayır:

"Guya şenliyin qırx bığı burma cavan igidi bulağın çəkilməsini öz öhdəsinə götürür, qayaları, dağları Fərhad kimi yarırlar. Su kəndə çatanda, çeşmələr qaynayanda igidlərə su içmək təklif olunur. Su içəndə onlar alovlanıb hamısı külə dönür. Ürəklər qəmlənir, gözlər nəmlənir. Həmin vaxtdan da bu su müqəddəsləşib "Qırx Abdal piri" kimi ziyarətgaha çevrilir..."

_Teymur Bünyadov, tarix elmləri doktoru_.


Alxas bulağı
Əsas məqalə: Alxas bulağı
Xınalıqda sirli bulaqlardan biri də Alxas bulağıdır. Bulağın suyu iki mənbədən gəlir: həm qayaların arasından süzülür, həm də yerin altından qaynayıb çıxır. Bu suyu içəndə adamın dişini göynədir. Bulağın bir sirri də var. Təkcə yayda çobanlar yaylaqda məskən salandan-salana suyu olur.


Xınalıq haqqında daah çox şey danışmaq olar.
Məqalə çox uzun olacağı üçün bu günlük bu qədərilə sizi Məlumatlandırmaq istədim
.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 411 383 414 426 375

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.