reklam
Ramil Quliyev ukraynalı həyat yoldaşı ilə - FOTO Ramil Quliyev ukraynalı həyat yoldaşı ilə - FOTO http://loading.az/uploads/posts/2018-08/thumbs/1534855854_c68a2186d8e1cb425188c69d357193e0.jpg

Ramil Quliyev ukraynalı həyat yoldaşı ilə - FOTO

Ramil Quliyev ukraynalı həyat yoldaşı ilə - FOTO
Azərbaycan əsilli Türkiyəni təmsil edən yüngül atlet (sprinter) Ramil Quliyev təkcə qazandığı uğurlarla deyil, şəxsi həyatı ilə də diqqət mərkəzinə düşür.

28 yaşlı idmançı özündən yeddi yaş kiçik ukraynalı Marqarita Duhina ilə ailə həyatı qurub. Cütlük tez-tez sosial şəbəkədə fotolarını paylaşır və sevgilərini hər kəsə nümayiş etdirir.

Qeyd edək ki, cütlüyün münasibəti bir neçə ildir davam edir. Marqarita türk vətəndaşlığını da qəbul edib. Cütlük zamanlarının çoxunu səyahətlərdə keçirir, tədbirlərə bir yerdə qatılırlar.

2017-ci ildə London şəhərində baş tutan Dünya Çempionatında, 200 metr məsafəyə qaçış yarışlarında 20.09 saniyə nəticə ilə qızıl medal qazanan Ramil Quliyev, Dünya çempionu olan birinci Türkiyə idmançısı kimi tarixə düşüb. Ramil Quliyev həmdə, 2016-cı ildə Amsterdam şəhərində baş tutan Avropa Çempionatında gümüş medala layiq görülüb. O, Azərbaycanı 2008 Pekin Olimpiadasında, Türkiyəni isə 2016 Rio-de-Janeyro Olimpiadasında təmsil edib.

Ramil Quliyev həmçinin, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl və 1 gümüş medal, 2013-cü ildə baş tutan Aralıq dənizi Oyunlarında 2 gümüş medal, 2007-ci ildə baş tutan Avropa Gənclər Olimpiya Festivalında isə 1 qızıl və 1 bürünc medal qazanıb.

Ramil Quliyev, 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağ dərili idmançısı hesab olunur.





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 232 254 235 245 293

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.