reklam
Peyğəmbərin ən dəyərli tövsiyələri (o Həzrətin mövlud günü münasibəti ilə) Peyğəmbərin ən dəyərli tövsiyələri (o Həzrətin mövlud günü münasibəti ilə) http://loading.az/uploads/posts/2016-05/thumbs/1464523633_77.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ İslam Dini 31-05-2016, 21:15

Peyğəmbərin ən dəyərli tövsiyələri (o Həzrətin mövlud günü münasibəti ilə)

Peyğəmbərin ən dəyərli tövsiyələri (o Həzrətin mövlud günü münasibəti ilə)

Həzrət Mühəmməd Peyğəmbərin (s) öz sadiq səhabəsi Əbuzər Gifari ilə bu söhbəti bir çox dini mənbələrdə, o cümlədən, Təbrisinin “Məkarimül-əxlaq” kitabında qeyd edilib. Gözəl əxlaqi məqamlarla zəngin olan bu söhbəti ixtisarla diqqətinizə təqdim edirik:

Əbuzər soruşdu: “Ey Allahın elçisi! Hansı əməl Allah yanında daha bəyəniləndir?” Peyğəmbər cavab verdi: “Allaha iman bəsləmək, daha sonra Onun yolunda cihad etmək”.

Əbuzər: “İmanı ən kamil olan mömin hansıdır?” Peyğəmbər: “Əxlaqı ən yaxşı olan mömin”.

Əbuzər: “Möminlərin ən üstünü hansıdır?” Peyğəmbər: “O mömin ki, müsəlmanlar onun dilindən və əlindən amandadırlar (yəni ətrafındakı insanlara dili və əli ilə ziyan yetirmir)”.

Əbuzər: “Ən üstün hicrət hansıdır?” Peyğəmbər: “Pisliklərdən edilən hicrət (yəni pis əməllərdən və niyyətlərdən kənar olmaq)”.

Əbuzər: “Gecələrin ən yaxşısı hansıdır?” Peyğəmbər: “Bu gecənin qalanı”. (Yəni bu gecə xeyir əməllər və ibadətlər etmək, savab qazanmaq üçün bir fürsətdir. Sabah belə bir fürsətin mümkün olacağına zəmanət yoxdur).

Əbuzər soruşdu: “Namazların ən yaxşısı hansıdır?” Peyğəmbər cavab verdi: “Ən uzun qünutla qılınan namaz”.

Əbuzər: “Ən üstün oruc hansıdır?” Peyğəmbər: “Sənə fərz (vacib) olan oruc; çünki Allahın buna görə verəcəyi savab da çoxdur”.

Əbuzər: “Sədəqələrin ən yaxşısı hansıdır?” Peyğəmbər: “İmkanları az olan bir adamın gizlində fəqirə verdiyi sədəqə”.

Əbuzər: “Zəkatların ən üstünü hansıdır?” Peyğəmbər: “Ən qiymətli və üstün sayılan maldan verilən zəkat”.

Əbuzər: “Allahın Sənə nazil etdiyi ayələrin ən üstünü hansıdır?” Peyğəmbər: “Ayətül-kürsi”.

Əbuzər xahiş etdi: “Ey Allahın elçisi! Mənə nəsihət ver”. Peyğəmbər buyurdu: “Sənə Allaha münasibətdə təqvalı olmağı tövsiyə edirəm, çünki təqva bütün əməllərin başıdır”.


Daha sonra Peyğəmbər Əbuzərə daha bir neçə məsləhət verdi. Hər dəfə Əbuzər: “Ey Allahın elçisi, buyurduqlarına yenə əlavə et” deyə xahiş edir və o həzrət yeni-yeni məsələlərə toxunurdu. Peyğəmbər buyurdu: “Sənə Quran oxumağı və Allahı zikr etməyi tövsiyə edirəm. Çünki Quran tilavəti səndən ötrü səmada zikrə, yerdə isə nura çevrilər. (Səmada zikr deyərkən, mələklər arasında adının xeyirə çəkilməsi nəzərdə tutulur). Sənə cihadı tövsiyə edirəm; bunun mənası ümmətimin zahidliyidir. Sənə xeyir danışmaqdan savayı bütün hallarda susmağı məsləhət görürəm; bu xasiyyət şeytanı səndən uzaqlaşdırar və dini məsələlərdə sənə yardımçı olar. Sənə çox gülməməyi tövsiyə edirəm. Çox gülmək qəlbi öldürər, üzün nurunu aparar. Özündən aşağıdakalara bax, özündən yuxarıda olanlara baxma. Belə etsən, Allahın nemətlərini kiçik saymazsan (nankorluq etməzsən). Qohumlar səninlə rabitəni kəssələr belə, sən onlarla mehriban ol. Miskinləri sev, onlarla oturub-dur. Acı da olsa, həmişə haqqı de. Allah yolunda xalqın məzəmmətindən qorxma. Öz eyblərini xatırla ki, başqalarında eyb axtarmaqdan əl çəkəsən”.

Peyğəmbərin ən dəyərli tövsiyələri (o Həzrətin mövlud günü münasibəti ilə)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
430 375 416 475 397 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.