reklam
AZƏRBAYCAN TARİXİ AZƏRBAYCAN TARİXİ http://loading.az/uploads/posts/2018-07/thumbs/1532621150_manikur-11.jpg
Esmeralda

Esmeralda Maraqlı / Azərbaycan 26-07-2018, 20:06

AZƏRBAYCAN TARİXİ

AZƏRBAYCAN TARİXİ


Antik era
Daş dövrü Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4 minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən – paleolit dövrü (qədim), mezolit dövrü (orta) və neolit dövründən (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorunmağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400-300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır.

30-10 min il öncə Azərbaycanda son paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və etiqadların (sitayiş, ibadət) yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi.

Mezolit Azərbaycanda e.ə. 11–8 minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər.

Tunc dövrü Azərbaycanda e.ə. 4-1 minillikləri əhatə edir. Tayfa və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu qalayla qatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan hazırlanmağa başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri, həm də xırda buynuzlu heyvanların saxlanması, atçılıq sürətlə inkişaf edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif növ parça istehsalı və toxuculuq kimi yeni sahələr formalaşaraq yayılmağa başlayır. Orta tunc dövründə (e.ə. 3-2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin geniş vüsət alması təsadüf edir.

Feodal dövrü
Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224-65) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq üçün Varaz-Qriqora hərbi yardım məqsədilə müraciət edir. Alban ordusu başında Varaz-Qriqorun oğlu Cavanşir durur. 630-642-ci illərdə o ərəblərə qarşı müharibələrdə iştirak etmiş, 637-ci ildə Kadisiyadakı döyüşdə göstərdiyi şücaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif edilmişdir. XV əsrin ikinci yarısında Ərdəbil və onun ətraf əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx Səfinin (1252-1334) varisləri tərəfindən idarə edilirdi. Onlar və tərəfdarları islamın şiə məzhəbini qəbul etmiş və on iki şiə imamına ibadət edirdilər. Bu səbəbdən onlar başlarına on iki zolaqlı çalma taxırdılar. Məhz buna görə də onlara Səfəvilərlə yanaşı, həm də Qızılbaşlar da deyirdilər.

Yeni dövr
1801-ci ildə Rus imperiyası Şərqi Gürcüstan ərazilərini özünə birləşdirərək Qafqaz canişinliyini yaradır. Bunun ardınca 1802-ci ildə rus generalı P.D.Sisianov Azərbaycanı Rusiyaya qatmaq məqsədi ilə hərbi əməliyyatlara başlayır. XIX əsrin II yarısında Şimali Azərbaycanın iqtisadi həyatı Rusiyada kapitalist münasibətlərinin inkişafı ilə sıx əlaqəli idi. Bu baxımdan ölkədə ən iti surətlə neft hasilatı və sənayesi inkişaf edirdi. Artıq 1872-ci ildə neft hasilatında icarə üsulu tətbiq edilməyə başlayır ki, bu da həmin sahədə kapitalist münasibətlərinin inkişafına güclü təkan verir. XX əsrin əvvəllərində Şimali Azərbaycan neft sahəsində dünyada birinci yerdə idi. 1901-ci ildə o dünya neft hasilatının 50%, Rusiya neftinin isə 95% təmin edirdi. Ölkədə kapitalist münasibətlərinin inkişafı ilə paralel kustar sənətkarlıq da mövcud idi. XX əsrin əvvəlində Cənubi Azərbaycanda yaşayan əhalinin vəziyyəti ağır olaraq qalırdı. Bu da cəmiyyətin demək olar ki, bütün təbəqələrində getdikcə artan narazılığa səbəb olurdu. 1908-ci il dekabrın 12-də İranın paytaxtı Tehranda bir qrup tacir döyülərək həbs edilmişdir. Bu fakt kütləvi çıxışların başlanmasına səbəb oldu. Həmin gün 1905-1911-ci illər İran inqilabının başlanması hesab olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
259 344 310 278 295 272

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.