reklam
16 uşaq anası ailəsindən danışdı: Həftədə 100 yumurta yeyirlər - FOTO 16 uşaq anası ailəsindən danışdı: Həftədə 100 yumurta yeyirlər - FOTO http://loading.az/uploads/posts/2018-04/1523512353_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Maraqlı 12-04-2018, 09:56

16 uşaq anası ailəsindən danışdı: Həftədə 100 yumurta yeyirlər - FOTO

16 uşaq anası ailəsindən danışdı: Həftədə 100 yumurta yeyirlər - FOTO
Ailəmiz kiçik deyil. 16 övladımız var. Səs-küylü evdir, amma bəxtəvərik. Biz həyatımızdan razıyıq.

ABŞ-ın Florida ştatındakı Nors Palm Biç şəhərində yaşayan 44 yaşlı Lyett Rebek belə deyir.

Lyett əri, 44 yaşlı Devidlə birlikdə 16 övlad böyüdür. Bu uşaqların 12-ni Lyett dünyaya gətirib. 4 uşağı isə Lyettlə Devid övladlığa götürüblər.

Birja brokeri, özünün investisiya şirkəti olan Devid Rebeklə xanımının ən böyük övladlarının 21, ən kiçiyinin isə 2 yaşı var.

Lyettin dediyinə görə, 21 yaşlı qızı Dali Keyi dünyaya gətirəndə 21 yaşı vardı. İndisə evin sonbeşiyi Voq 2 yaşındadır.


Dali Keylə Voqdan savayı, ailədə 20 yaşlı Rili, 19 yaşlı Bliss, 17 yaşlı Kemper, 15 yaşlı Qloriya, 13 yaşlı Triniti, 11 yaşlı Lirberti, 8 yaşlı Sojone, 6 yaşlı Viktori, 4 yaşlı Veriti adlı bacılar və 12 yaşlı Korson, 10 yaşlı Cadson, 10 yaşlı Şeperd, 8 yaşlı Rensom və 5 yaşlı Ston adlı qardaşlar var.

"12 uşağı təbii yolla, qeysəriyyə kəsimi əməliyyatı olmadan dünyaya gətirdim. 4 uşağı da övladlığa götürmüşük. Asan deyil. Övladlarımı 88 ayrı-ayrı idman seksiyasına aparırıq. Mikroavtobusla hərəkət edirik", - Liyett gülərək söyləyib.

Onun dediyinə görə, gənclik illərində 16 uşaq anası olacağını desəydilər, dəhşətə gələrdi. İndisə o, özünü dünyanın ən bəxtəvər insanlarından biri hesab edir.

Ailədə həftədə, sadəcə, ərzağa 650 dollar xərclənir.

"Uşaqlarım yumurtanı çox sevirlər. Ailəmiz həftədə ən azı 100 yumurta yeyir", - Liyett söyləyib.
mənbə: milli.az


16 uşaq anası ailəsindən danışdı: Həftədə 100 yumurta yeyirlər - FOTO





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 183 166 180 162 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.