reklam
İlham Əliyev sərəncam imzaladı İlham Əliyev sərəncam imzaladı http://loading.az/uploads/posts/2018-02/thumbs/1518024387_1518013137ilham-serencam.jpg
Ganbarofh

Ganbarofh Xəbərlər 7-02-2018, 21:25

İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Mingəçevir şəhərinin su təchizatı sisteminin yenidən qurulması işlərinin başa çatdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,0 (on iki) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
290 313 331 309 321 305

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.